Azərbaycanda “Facebook”, “Instagram”, “Whatsapp” və “Messenger” çöküb

Azərbaycanda “Facebook”, “Instagram”, “Whatsapp” və “Messenger” çöküb
"Facebook”a məxsus sosial şəbəkələrdə, o cümlədən "Instagram”, "Whatsapp” və "Messenger” proqramlarının işində problem yaranıb.
"Report” xəbər verir ki, bu barədə sosial şəbəkələrin və veb səhifələrin işini müşahidə edən "DownDetector.com” məlumat yayıb.
Sosial şəbəkə istifadəçiləri xüsusən xəbər lentində, yazışmalarda problemlərin olmasından şikayət edirlər.
Problemlər Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və digər ölkələrdə müşahidə olunur.
Azərbaycanda adıçəkilən sosial şəbəkələrə giriş tam olaraq qapanıb. Yalnız VPN vasitəsilə xarici ölkələrə məxsus IP ünvanlarla sosial şəbəkələrə daxil olmaq mümkündür.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət