Dağlar qoynunda gizlənən gövhər- Zakatala

Dağlar qoynunda gizlənən  gövhər- Zakatala



Zaqatala rayonu Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşir.

Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1839-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. hemcinin mosul kendi erazisinde olan 19 esrde tikilmis minare bu rayonun en gozel memarliq abidelerinden biri sayilir .onun maketi zaqatala rayonunun tarix muzeyinde saxlanilir .qeyd edim ki mosul kendinde yasayan ehalinin 100 faizi ingiloylardir .Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalası və s. göstərmək olar. Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır.
Dağlar qoynunda gizlənən  gövhər- Zakatala



(3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1 °C, dağ-larda -10 °C, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24 °C və +5 °C olur. Burada ildə 600–1600 mm yağıntı düşür. Rayon arazisinın yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülmüşdür. Zaqatala – beynəlmiləl rayondur. Burada əsasən azərbaycanlılar, saxurlar, avarlar, ingiloylar ruslar və başqaları yaşayır. Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində yerləşir.
Dağlar qoynunda gizlənən  gövhər- Zakatala

Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi dağlıq və düzənlikdir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir – şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s. Fauna – maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, həmçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur – qırqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül.

1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "Zaqatala" Dövlət qoruğu yaradılmışdır.
Dağlar qoynunda gizlənən  gövhər- Zakatala


İnzibati ərazi bölgüsü -1 şəhər, 2 qəsəbə, 59 kənd. Mərkəzi, Zaqatala şəhəri – əhalisi 20600 nəfər. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir. Ərazisi 1348 kv. km.-dir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 121.394 nəfərdir, əsasən azərbaycanlılardır. Rayonda azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər və digərləri) yaşayır.

Zaqatala rayonu, RİHB, onun ərazi İcra nümayəndələri və Bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir.


Əhalinin ümumi sayı – 121 394 Kəndlərin sayı – 59 Qəsəbələrin sayı – 2 İri və orta müəssisələrin sayı – 71 Məktəbəqədər uşaq müəssisələrinin sayı – 39 Ümumtəhsil məktəblərinin sayı – 67 Texniki, orta ixtisas və peşə məktəblərinin sayı – 4 Ali təhsil müəssisələrinin sayı – 2 Xəstəxanalar və tibb müəssisələrinin sayı – 10 Mədəniyyət ocaqlarının sayı – 143-dür.

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Rayon geniş turizm imkanlarına malikdir.

Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbijə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (müəllimlər institutu və islam universiteti) filialı, 1 kollec, 1peşə-texniki məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi, 23 məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir.

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır.
Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.

Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir.
Dağlar qoynunda gizlənən  gövhər- Zakatala

Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində XVIII əsrə aid məscidlər, Keloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə,
Dağlar qoynunda gizlənən  gövhər- Zakatala
Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix-diyarşünaslıq muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.
Dağlar qoynunda gizlənən  gövhər- Zakatala
Zakatala rayon icra hakimi Mübariz Əhmədzadə 2009-cu ildən Azərbaycan Respub likası İ.Əliyev cənablarının fəmanı ilə bu vəzifəyə təyin edilmişdir. Onun rəhbərliyi dövründə Zakatalada bir çox müsbət dəişikliklər baş vermişdir. yolların çəkilməsi, yeni məktəb binalarının təmiri və tikintisi qəsəbə və küçələrin abadlaşması nəzərdən qaçmır. M. əhmədzadənin təşəbbüsünün və əməyinin nəticəsidir ki bütün bələdiyyələr müçtərək olaraq çalışır,əhalinin xidmətində dururlar.
Pərvin Abışova. /Pressdent.az/
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət