Bakı Ali Neft Məktəbinin tələbəsi "Sənaye 4.0-a doğru" layihəsini təqdim etdi

  • 24.04.2019, 16:09,
  • Sosial
  • Baxılıb: 377
Bakı Ali Neft Məktəbinin tələbəsi "Sənaye 4.0-a doğru" layihəsini təqdim etdi


Ali Məktəbdən pressdent.az-a verilən məlumata görə, layihənin təlimləri müxtəlif şirkətlərdən dəvət olunmuş mühəndis və mütəxəssislər tərəfindən keçirilmişdir. Layihə, Fondun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, "Sənaye 4.0-a doğru" adlı layihənin əsas məqsədi proseslərin avtomatlaşdırılması mühəndisliyi, idarəetmə və nəzarət ölçü cihazları mühəndisliyi, elektrik mühəndisliyi və oxşar ixtisaslarda təhsil alan gənclərə gələcək peşələrinin mahiyyətini, vacibliyini və ölkəmizdəki vəziyyətin ən son sənaye inqilabı standartları ilə ayaqlaşması üçün lazımi motivasiyanı vermək idi. Layihə iştirak edən gənclərdə Sənaye 4.0 yolunda atılan ilkin addımlar haqqında anlayış yaranıb.
Mədəniyyət