Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb

Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Rusiya, Azərbaycan və İran üç ölkənin enerji sistemlərini birləşdirəcək layihə üçün texniki-iqtisadi əsaslandırmanın birgə işlənməsi barədə saziş imzalayıblar.

“APA-Economics” Rusiyanın “Vahid enerji sisteminin sistem operatoru” Səhmdar Cəmiyyətinin yaydığı məlumata istinadən xəbər verir ki, avqustun 12-də əldə olunan razılığa əsasən tərəflər ölkələrin enerji sistemləri arasında "Şimal-Cənub" enerji dəhlizinin yaradılması layihəsi üçün texniki-iqtisadi əsaslandırmanı birgə işləyəcəklər.

Rusiya tərəfindən sazişin iştirakçıları qismində “Vahid enerji sisteminin sistem operatoru” və “Rosseti”, Azərbaycandan “Azərenerji”, İrandan isə “Tavanir” şirkətləri çıxış edəcəklər.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət