Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır

  • 28.04.2019, 09:14,
  • İdman
  • Baxılıb: 381
Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır


Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü - sonuncu yarış gününə start verilir.


BEŞ.AZ bildirir ki, bu gün Formula 2 pilotlarının ikinci yarışı keçiriləcək.

Açılış mərasimi və pilotların paradından sonra Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.

Start xəttində birinci mövqedə "Merdeces"in pilotu Valtteri Bottas, ikinci - "Merdeces"in digər pilotu Lyuis Hemilton ikinci, üçüncü sırada isə "Ferrari" təmsilçisi Sebastian Fettel dayanacaq.



Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.

Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır


Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır.

2016-cı ildə "Williams" komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb - 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Mədəniyyət