FİFA “Mançester Siti”ni cəzalandırıb

  • 14-08-2019, 12:08
  • idman
  • 32
FİFA “Mançester Siti”ni cəzalandırıb
FİFA İngiltərənin “Mançester Siti” klubunu cərimələyib.

APA-nın məlumatına görə, “şəhərliləri” transfer qaydalarına riayət etmədikləri üçün cəzalanıblar.

Ali futbol qurumu komandanın 18 yaşadək futbolçuların transferində və sənədlərində qanunsuzluq aşkarlayıb. Bu səbəbdən də “Mançester Siti”yə 370 min İsveçrə frankı cərimə kəsilib.

Qeyd edək ki, eyni qayda pozuntusu edən “Çelsi”yə fevralda növbəti iki transfer pəncərəsində yeni oyunçu qeydiyyatdan keçirmək qadağası qoyulub. Cəza müddəti 2019-20 mövsümünün sonunda başa çatacaq.

Emin İSAYEV
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət