Premyer Liqa klubları yay transfer dövründə 1 milyard 386 milyon funt sterlinq xərcləyiblər

  • 9-08-2019, 11:50
  • idman
  • 33
Premyer Liqa klubları yay transfer dövründə 1 milyard 386 milyon funt sterlinq xərcləyiblər
İngiltərə Premyer Liqasında çıxış edən klubların yay transferlərinə xərclədiyi məbləğ bəlli olub.

APA-nın məlumatına görə, klublar yay transfer dövründə 1 milyard 386 milyon funt sterlinq xərcləyiblər.

Bu göstərici 2017-ci ilin rekordundan geri qalıb. Həmin vaxt Premyer Liqa təmsilçilərinin transfer xərcləri 1 milyard 455 milyon olub.

Bu yay Premyer Liqanın ən bahalı transferi Qarri Maquayr üçün “Mançester Yunayted” “Lester”ə 78,3 milyon ödəyib. “Arsenal”ın “Lill”dən 72 milyona aldığı Nikola Pepe 2-ci, “Mançester Siti”nin “Atletiko”dan 63 milyona transfer etdiyi Rodri 3-cüdür.

Emin İSAYEV
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət