“Qarabağ” APOEL-ə qalib gəldi

“Qarabağ” APOEL-ə qalib gəldi
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinin ilk oyununda APOEL-in qonağı olub.

GSP stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha istəkli başlayan Ağdam təmsilçisi bunun bəhrəsini 54-cü dəqiqədə görüb. Mahir Emreli qapıçı ilə təkbətəkdən qalib ayrılıb. Qurban Qurbanovun komandası növbəti dəfə qarşılaşmanın 70-ci dəqiqəsində fərqlənib. Bu dəfə Mahir Emrelinin yerinə meydana daxil olmuş “Qarabağ”ın yeni transferi Maqaye Qeye topu APOEL-in qapısından keçirib – 0:2.

Oyunda sonuncu qol matça əlavə olunmuş dəqiqələrdə vurulub. 90+5-ci dəqiqədə APOEL-in müdafiəçisi Merkis hesab arasındakı fərqi azaldıb – 1:2.

Beləliklə, “Qarabağ” Kipr səfərindən üstün nəticə ilə qayıdır.

Qeyd edək ki, komandaların cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.

Emin İSAYEV
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət