AFFA manipulyasiya faktına görə iki klubu yarışdan çıxardı

  • 30-04-2019, 14:30
  • idman
  • 46
AFFA manipulyasiya faktına görə iki klubu yarışdan çıxardı
İki futbol komandası AFFA-nın keçirdiyi turnirdən kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, aprelin 6-da Region Liqasının ikinci pley-off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından (0:1) sonra bölgə klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.

Müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılır.

Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.

Bu isə o deməkdir ki, yarımfinal mərhələsində “FC Baku” ilə oynamalı olan Qusarın “Şahdağ” komandası oynamadan finala vəsiqə qazanıb.
Oxşar xəbərlər
“A­zər­bay­ca­nı gə­lə­cə­yə apa­ran yol” Xe­yir­xah­lıq mü­cəs­sə­mə­si
“A­zər­bay­ca­nı gə­lə­cə­yə apa­ran yol” Xe­yir­xah­lıq mü­cəs­sə­mə­si
XX əs­rin 70-ci il­lə­rin­də bü­növ­rə­si mər­hum pre­zi­den­ti­miz Hey­dər Əli­yev tə­rə­fın­dən qo­yul­muş Azər­bay­can Читать далее
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət