Şamaxıda Qasım Qasımov "tilsimi"ni kim qıracaq?

Şamaxıda Qasım Qasımov "tilsimi"ni kim qıracaq?

İcra başçısı Asif Ağayevin idarəçilik imkanları tükənib... Məmur üçün ən gözəl nümunə dövlət başçısının məhsuldar fəaliyyətidir. Bu baxımdan hər bir məmurdan yaxşı işləməyi, xalqın birinci xidmətçisinin etibar etdiyi vəzifə borcunu ləyaqətlə yerinə yetirməyi tələb etməyə hər bir azərbaycanlının mənəvi haqqı var. Xalqla daimi ünsiyyət məmurun üzərinə düşən ən adi vəzifələrdən biridir. Lakin bu ünsiyyət laqeydlikdən uzaq, səmimi və məsuliyyətli olanda dövlətin də nüfuzu yerlərdə artır. Digər tərəfdən, dövlət məmurunun şəxsi keyfiyyətlərindən də çox şey asılıdır. Əgər vətəndaş qarşısındakı məmurdan gözlədiyi diqqəti görə bilmirsə, onun bürokratik süründürməçiliklərindən əziyyət çəkirsə bu qəbuledilməzdir. Belə halların aradan qaldırılması üçün müvafiq cəzalandırma üsulları işə düşür. Lakin böyük təəssüf hissi ilə qeyd etməyə məcburuq ki, bugünün orta statistik məmuru hələ ki, gözlədiyimiz səviyyədə deyil. Bunun da müəyyən səbəbləri var. Həmin səbəblər barədə bəhs etmək fikrimiz yoxdur. Lakin konkret misallarla məmur-vətəndaş münasibətlərinə ciddi zərər vuran səbəblərdən yalnız biri barədə danışacağıq. Söhbətimizi də elə dövlət məmurunun xalq arasında işgüzar nüfuzu və şəxsiyyəti üzərində qurmağa çalışırıq. Rayon icra strukturlarında xalqla bilavasitə təmasda daha çıx olan məmurların şəxsiyyəti də işi kimi şəffaf olmalıdır. Vətəndaş bilməlidir ki, onun bu və ya digər məsələ ilə bağlı müraciət edəcəyi məmur hansı şəxsi keyfiyyətlərə malikdir: rüşvətə meyllidirmi və yaxud acıdil, qeyri-təvazökardırmı. Yəni məmurun vəzifə təyinatında sadə vətəndaşın da maraqları gözlənilməlidir. Çox zaman məmur özbaşınalığından təngə gələn vətəndaş ruhdan düşür. Bu isə bütövlükdə dövlətin mənafeyinə toxunan bir məsələdir. Sözümüzü bir qədər konkretləşdirə də bilərik. Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyində bu gün hökm sürən ikitirəlik, icra başçısının birinci müavini Qasım Qasımovun məmur hegemonluğu barədə əldə edtiyimiz məlumatlar söylədiklərimizə misal ola bilər. Gundelik-baku.com-a verilən məlumatlara görə, Qasım Qasımov "tilsimi" barədə Şamaxı camaatının kifayət qədər məlumatı olmamış deyil: bu rayonda doğulub, köhnə komsomol işçisi olub, sonralar zamanın daşqın və selləri onu müxalifət düşərgəsinə atıb, hətta müxalif qəzetçi və partia rəhbəri kimi fəaliyyət də göstərib. Bu barədə kifayət qədər bilgilər var. Qasım müəllimin əqidə sürüşkənliyi barədə mətbuatda çox yazılıb. Hətta onun dövlət rəhbərliyinə, bu gün təmsil olunduğu hakim partiyaya qarşı da rəsmi çıxışları barədə bəzi dəlil-sübutlar az deyil. Gözləmək olardı ki, icra aparatı başçısının müavini postunda Qasım Qasımov yaxın dostlarının ona göstərdiyi etimadı doğrultmağa çalışacaq. Heç olmasa işinin məsuliyyətindən irəli gələn məsələlərin həllində səmimi olacaq. Lakin çox çəkmədi ki, başçının birinci müavinini müxtəlif qruplaşma və bürokratik əngəlləmələrdə, ona dəxli olmaya işləri nəynsə gücünə "aşırmaq"da suçlamağa başladılar. Bu da azmış kimi, rayonu faktiki olaraq Qasım Qasımovun idarə etməsi,onun Şamaxıdakı geniş "başçı" fəaliyyəti barədə iddialar yaıyldı. Bu gün rayonda Qasım Qasımovun təhdidləri ilə üzləşən vətəndaş artıq icra başçısından öz hüquqlarının bərpasını tələb etməyə lüzum görmür.Səbəb-dövlət başçısının qanuni nümayəndəsinə qarşı inamsızlıq mühitinin formalaşdırılması deyilmi? Belə situasiyalarda dövlət strukturlarının qəti sözünü gözləyən vətəndaşları yəqin ki, səbrlə çox da sınağa çəkməyəcəklər. Hər halda Şamaxı rayonunda Qasım Qasımov "tilsimi"nin qırılacağına ümid edənlər daha çoxdur. Qarşı tərəfi də dinləyə bilərik. Gundelik-baku.com

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət