Şahmatla bağlı hədislər ərəblərin farslara qarşı apardıqları kampaniyanın təzahürüdür

  • 11-03-2019, 13:46
  • idman
  • 131
Şahmatla bağlı hədislər ərəblərin farslara qarşı apardıqları kampaniyanın təzahürüdür
– Bildiyim qədəri ilə, şahmat oynamaq İmam Nəvəviyə görə məkruh, İmam Malik və İmam Əhmədə görə, haram, İmam Şafiiyə görə isə caizdir. Həmçinin, “Səhihi-Buxari”də keçən bir hissəyə və İmam Əlidən nəql olunan bir rəvayətə görə, şahmat oyunu şeytan əməli və bütpərəstlikdir. Bu fikirlərdən hansını daha doğru qəbul edə bilərik?

– Bu müşriklər deyəsən, nəyə qərar verəcəklərini özləri də müəyyən edə bilməyiblər. Bir şey ya, məkruh, ya haram, ya da halal olar. Yəni, bir ehtimal qoymayıblar. Uydurma bir şeydir, buna din deyilməz. Şahmat niyə haram olsun ki? Allahın haram etmədiyi barədə hökm vermək “Quran”a görə böyük günahdır, ilahlıq iddia etməkdir, Allaha haram və din yaraşdırmaqdır. “Quran” bunu şirk olaraq görür. Ona görə bu adamlar deyə bilərdilər ki: “Mənə görə, yaxşı bir şey deyil”, “zərərlidir”, “mən oynayanda başım fırlanır, gecələri yata bilmirəm”, “mən oynamıram”, “tövsiyə etmirəm, amma oynamağı Allah qadağan etməyib” və s. Onda problem olmazdı. Özlərinə qadağan edə bilərdilər, amma bunu Allah adına uydurma hədis və rəvayətlər vasitəsi ilə başqalarına da haram görmələri səhvdir. Əlbəttə, bunu edə bilmələri üçün hədis və rəvayət kimi vasitələdən istifadə etməlidirlər, çünki bunların “Quran”la əlaqəsi yoxdur. Yəqin bilirsən, hədislər Məhəmməd peyğəmbərdən 200-300 il sonra yazılıb, hətta 500 il sonra uydurulanlar var. Rəzalət bir şeydir. Bu gün İslamın və müsəlmanların dünyada geri qalmasında, şiddətə, rəzilliklərə, fəlakətə meyil etmələrində, krallara, sultanlara məhkum olmalarının təməlində bu uydurma hədis, rəvayətlər və məzhəb təlimləri dayanır. Bütün bu düşüncələr İslama yaddır. Mənim fikrimcə, şahmat məsələsi o dövrdə ərəblərin xarici dedikləri “əcəmlərə” (farslara) qarşı kampaniyanın tərkib hissəsi idi. Məsələn, dümbələk halaldır, amma saz haramdır. Çünki ərəblər o dövrdə saz kimi telli alətləri çalmırdılar, dümbələk (dumbul), dəf kimi alətlərdən istifadə edirdilər. Qoyunu kəsirdilər, ətini yeyirdilər, dərisindən isə bu tip alətləri düzəldirdilər. Bu onların mədəniyyəti idi. Mən bunları ərəb irqçiliyinin, nasionalizminin göstəricisi kimi qiymətləndiririəm. İslam adına təqdim edilən, hədislər, məzhəblər böyük ölçüdə ərəbləşməni müdafiə edir. Məsələn, bir hədisdə deyilir ki, “imamət və xilafət Qureyşdəndir”.

Fuad Aliyev
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət