Bakının mərkəzini su basdı - YENİLƏNİB + VİDEO

  • 14.05.2019, 16:38,
  • Hadisə
  • Baxılıb: 168


Bakının mərkəzini su basmasının səbəbi bilinib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Beş.az verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib:

“Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.

Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.

15:25

Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb.

Oxu.Az xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.

Bu səbəbdən yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.
Mədəniyyət