5 deqiqəyə gözəl salat resepti

  • 25.04.2019, 10:38,
  • Gündəm
  • Baxılıb: 472
5 deqiqəyə gözəl salat resepti



Yaz fəslinin ən sevilən və asan hazırlanan yeməklərindən biri salatlardır. Təzə tərəvəz və meyvələrdən hazırlanmış gözəl yaz-yay salatından daha rahat bir resepti yoxdur.

Beş.az medicina.az-a istinadən dadlı və tez hazırlanan möhtəşəm salatın reseptini təqdim edir.

Tərkibi

4-5 yetişmiş qırmızı pomidor (dilimlənmiş)

Pomidor dilimləri qədər dadlı mozzarella pendiri

Təzə reyhan yarpağı

Zeytun yağı

Ağ üzüm sirkəsi (bir az qatı)

Duz

Hazırlanma qaydası:

Pomidor, mozarella pendirini dilimləyin. Daha sonra lat-lay üst-üstə düzün. Bir qat pomidorun üstündən mozzarella, onun üstündən də reyhan yarpağı əlavə edin. Üzərinə duz, zeytun yağı və sirkəni əlavə edin. Bəli, 5 dəqiqədə möhtəşəm salat hazırdır.
Mədəniyyət