Terrorçular beşulduzlu otelə hücum ediblər - Silah səsləri eşidilir

  • 11.05.2019, 22:21,
  • Hadisə
  • Baxılıb: 200
Terrorçular beşulduzlu otelə hücum ediblər - Silah səsləri eşidilir



Pakistanın Bəlucistan əyalətinin Qvadar şəhərində silahlı şəxslər beşulduzlu otelə hücum ediblər.

“Beş.az” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “Pearl Continental” otelinin ətrafı polislər tərəfindən mühasirəyə alınıb, bölgədə silah səsləri eşidilir.

Hazırda binada azı 70 nəfərin olduğu bildirilir. Onların əksəriyyəti Çin vətəndaşlarıdır.

Ölən və zərərçəkənlərin olması ilə bağlı məlumat daxil olmayıb.

Yerli nəşrlər terrorçuların ağır silahlanmış ola biləcəklərini vurğulayırlar.

***

Təhlükəsizlik xidmətinin bir əməkdaşı öldürülüb.

***

Otel binası evakuasiya edilib, lakin güc strukturu əməkdaşları ilə terrorçular arasında atışma davam edir.
Mədəniyyət