Dağıstanda dəhşətli sel: inəklər və maşınları apardı - VİDEO



Dağıstanın Aşağı İnxo kəndində baş verən sel dəhşətli mənzərə yaradıb.

Beş.az axar.az-a istinadən xəbər verir ki, selin görüntülərini Rusiyanın "360" televiziyası yayıb. Görüntülərdə selin avtomobilləri və canlıları necə sürüyüb apardığı əks olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb. Nazirlik selin kənddə insan tələfatına səbəb olmadığını bildirib.
Mədəniyyət