Azərbaycanda ər arvadını döyüb bu hala saldı - ŞOK FOTO

  • 09.05.2019, 21:31,
  • Hadisə
  • Baxılıb: 189
Azərbaycanda ər arvadını döyüb bu hala saldı - ŞOK FOTO


Azərbaycanda kişi həyat yoldaşını döyüb xəstəxanalıq etdi.

Beş.az xəbər verir ki, bu barədə döyülən Nunanın bacısı özünün şəxsi səhifəsində məlumat verib.

O bildirib ki, bizim köməyə ehtiyacımız var:

" Bu gün Yasamal Rayon məhkəməsi mənim bacımın uşaqlarını onun əlindən alıb bacımın ərinə verib. Bacımın əri hər gün içir, bacımı və uşaqlarını döyürdü. Paylaşdığım şəkil bacımın döyüldükdən sonrakı şəkilidir. O vaxt bacım, uşaqlarının atasına yazığı gəldiyi üçün heç vaxt polisə müraciət etməyib. Şahidimiz olan qonşu xanıma hədə-qorxu gəlib, və o, məhkəmədə şahidlik etməkdən çəkinib. Biz aciz qalmışıq, çox xahiş edirik, bizə kömək edin! Bacımın heç bir psixoloji problemi, narkotik və yaxud içki problemi yoxdur. Əri onu guya qeyri-adi seksual orientasiyaya malik olmaqda ittiham edir. Uşaqlar analarını sevir, ondan ayrılmaq istəmirlər, və bunu hər yerdə deyiblər, amma onlara qulaq asan olmayıb. Çox çox xahiş edirəm, paylaşın, ümidimiz sizədir!
Mədəniyyət