14 yaşlı qızı istəməyə getdilər, elçilik mərasimi QANLA BİTDİ - foto

  • 03.05.2019, 20:58,
  • Hadisə
  • Baxılıb: 246
14 yaşlı qızı istəməyə getdilər, elçilik mərasimi QANLA BİTDİ - foto


Türkiyənin Diyarbəkir bölgəsində xoşagəlməz hadisə baş verib.

BEŞ.AZ BiG.AZ-a istinadən xəbər verir ki, qohumluq əlaqələri olan iki ailə arasında dava baş verib. Belə ki, ailələrdən biri həmin şəhərdə yaşayan digər ailəyə qız istəmək üçün elçi gedib. Lakin qızın 14 yaşı olduğu üçün olduğu ailəsi razılıq verməyib.

"Yox" cavabı alan ailə narazı olduğu üçün qızın ailəsinə hücum edib. Tüfəng və odlu silah ilə geri dönən ailə qızın yaşadığı evə basqın edib. İki ailə arasında atışma zamanı küçədə oynayan 4 uşaq yaralanıb. Xəstəxanaya aparılan uşaqların həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl də ailələr arasında qız istəməyə görə dava çıxdığı bildirilib. Hadisə ilə əlaqəli 6 nəfər saxlanılıb.
Mədəniyyət