Ölümə səbəb olan mikroavtobus sürücüsü tutuldu

  • 02.05.2019, 14:22,
  • Hadisə
  • Baxılıb: 248
Ölümə səbəb olan mikroavtobus sürücüsü tutuldu


Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü həbs edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən BEŞ.AZ məlumat verilib.

Verilən məlumata görə, aprelin 25-də Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu ərazisində Anar Abbasovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Ford” markalı 15-BS-013 dövlət nömrə nişanlı mikroavtobus ilə Elnur Allahverdiyevin idarə etdiyi “Mercedes Benz” markalı 90-LZ-187 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində Məmmədqulu Soltanov və Xumnaz Zeynalovanın zərər çəkməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Mədəniyyət