Tərtərdə 25 yaşlı gənc intihar edib

  • 27.04.2019, 11:48,
  • Hadisə
  • Baxılıb: 283
Tərtərdə 25 yaşlı gənc intihar edib



Tərtər rayonunda 25 yaşlı gənc intihar edib.

BEŞ.AZ Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayon ərazisindəki meşə zolağında qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini, 1994-cu il təvəllüdlü Cavid Faiq oğlu Məmmədli özünü iplə ağacdan asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

C.Məmmədlinin ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Mədəniyyət