Küçə iti onu xilas etmək istəyən yeniyetməni dişlədi

  • 26.04.2019, 12:49,
  • Hadisə
  • Baxılıb: 238
Küçə iti onu xilas etmək istəyən yeniyetməni dişlədi




Quba rayonunda yeniyetmə bir həftə ərzində iki dəfə it dişləməsinə məruz qalıb.

BEŞ.AZ report-a istiandən xəbər verir ki, rayonun Almazqazmalar kənd sakini, 2004-cü il təvəllüdlü Vüsal İntiqam oğlu Qurbanovu əvvəlcə öz iti dişləyib.

Onun bildirdiyinə görə, bir neçə gün əvvəl isə yolda quyuya düşmüş küçə itini də xilas etmək istəyərkən itin hücumuna məruz qalıb.

V.Qurbanova Quba Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksinasiya olunub.

Faktla bağlı araşdırma aparılır.
Mədəniyyət