Mahir İsmayılov FHN generalının adından istifadə edir

Mahir İsmayılov FHN generalının adından istifadə edir


O, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov tərəfindən müdafiə olunduğunu bildirir Suraxanı rayon Yanğından Mühafizə İdarəsinin rəisi vətəndaşdan aldığı pulu nədən geri qaytarmır? Etiraf etmək lazımdır ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyəti bu gün ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Çünki FHN mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin olunması sahəsində üzərinə düşən vəzifələri layiqincə icra edir. Lakin bununla yanaşı, o da qeyd olunmalıdır ki, adıçəkilən qurumun nəzdindəki Suraxanı rayon Yanğından Mühafizə İdarəsinin rəisi Mahir İsmayılovun fəaliyyəti ciddi narazılıqla qarşılanır. Məsələn, Mahir İsmayılovun əməllərindən şikayətçi olan Ucar rayonu, Qazqumlaq kənd sakini Kərim Mustafa oğlu Mustafayev Gundelik-Baku.com-a bildirib ki, Suraxanı rayon Yanğından Mühafizə İdarəsinin rəisi bir müddət öncə ondan işə düzəltmək adı ilə 7 min manat alıb, lakin indiyədək vədinə əməl etməyib. Beləliklə, 2014-cü ildə oğlunu Suraxanı rayon Yanğından Mühafizə İdarəsinə düzəltmək üçün Bakıya gətirdiyini vurğulayan şikayətçinin sözlərinə görə, o, yaxın qohumu İlkin adlı şəxsin işlədiyi yerdə Mahir İsmayılovla tanış olub. Bundan sonra Kərim Mustafayev Mahir İsmayılovla Suraxanı rayon Yanğından Mühafizə İdarəsində görüşüb: «O söz verdi ki, 6 aya işi həll edəcək və oğlumu işə düzəldəcək. Mən bu işin baş tutması müqabilində 7 min manatı qohumum vasitəsilə Mahir müəllimə verdim. 6 ay gözləsəm də, işdən bir səs-soraq çıxmadı. İşin belə alındığını görüb pulumu geri istədim. Mahir müəllim mənə 5 min manat pul qaytardı. Və söz verdi ki, yerdə qalan 2 min manatı da qaytaracaq. Aradan bir müddət keçəndən sonra idarə rəisinin mobil telefonları ilə əlaqə saxladım. Lakin o mənim zənglərimə cavab vermədi. İdarəyə gedirəm işçilərinə tapşırır ki, məni soruşan olsa deyin ki, burda yoxdur». Bu arada, əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Suraxanı rayon Yanğından Mühafizə İdarəsinin rəisi Kərim Mustafayevin pulunu qaytarmaq əvəzinə ona hədə-qorxu gəlib, başına oyun açacağını bildirib. Bununla bağlı Gundelik-Baku.com-u məlumatlandıran mənbə vurğulayır ki, 1980-ci il təvüllüdlü, əslən Naxçıvan Muxtar Respublikasından olan Mahir İsmayılov bir müddət əvvəl tabeliyində çalışan işçilərin adına müxtəlif banklardan külli miqdarda kredit götürüb və həmin kreditləri özünün ödəyəcəyinə dair söz versə də, sonda sözünün üzərində durmaqdan boyun qaçırıb: «Deyilənlərə görə, Suraxanı rayon Yanğından Mühafizə İdarəsinin rəisinin əməllərinin qurbanı olan şəxslərin sayı kifayət qədərdir. Lakin onlar hara və kimə müraciət edəcəklərini bilmirlər. Çünki Mahir İsmayılov dara düşən kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun adından istifadə edir. Belə ki, Suraxanı rayon Yanğından Mühafizə İdarəsinin rəisi «Cənab general mənim arxamda dayanır, nə problemim varsa, onun yardımları ilə yoluna qoyuram. Deyib ki, nə qədər ki, mən bu vəzifədəyəm sənin üçün daim yaşıl işıqdır. Heç nədən, heç kimdən qorxma», deyə ondan şikayətçi olanları hədələyir. Məhz elə bu səbəbdən də Mahir İsmayılovun əməllərindən əziyyət çəkən vətəndaşların, həmçinin FHN işçilərinin bir qismi susmağa üstünlük verirlər. Bu isə Suraxanı rayon Yanğından Mühafizə İdarəsinin rəisini daha da ürəkləndirir və əməllərinə davam etməsinə şərait yaradır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət