Çində torpaq sürüşməsi: 13 ölü, 16 itkin

Çində torpaq sürüşməsi: 13 ölü, 16 itkin
Çinin şərqində güclü "Lekima" tayfununun səbəb olduğu torpaq sürüşməsi nəticəsində 13 nəfər həlak olub, 16 nəfər itkin düşüb.
"CCTV" televiziya kanalına istinadən verilən xəbərə görə, saatda 187 km sürətə malik güclü küləklə müşaiyət olunan yağışlar nəticəsində Çinin Çjetszyan əyalətinin şərqində torpaq sürüşməsi baş verib.
Şanxay şəhərinin 250000, Çjetszyan əyalətinin isə 800000-ə qədər sakini güclü tayfun səbəbilə təhlükəsiz yerlərə evakuasiya olunub.
Çjetszyan əyalətində 2.72 milyon evə elektrik enerjisinin verilişi kəsilib. Əyalətin altı şəhərində 200 ev dağılıb, 66300 hektar əkin sahəsinə ciddi ziyan dəyib.
Hava şəraiti ilə əlaqədar Pekin, Şanxay, Quançjou, Şençjen, Çendu şəhərlərində 625 təyyarə uçuşu təxirə salınıb.
Çjetszyan əyalətini Çinin şimal və mərkəz əyalətləri ilə əlaqələndirən qatarların fəaliyyəti də dayandırılıb.

Emin İSAYEV
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət