Polşada iğtişaş yaratmaq istəyən ermənilər saxlanılıb

Polşada iğtişaş yaratmaq istəyən ermənilər saxlanılıb
Polşanın Krakov şəhərində mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində fəaliyyət göstərməkdə ittiham edilən 26 nəfər saxlanılıb.

Saxlanılmış şəxslərin çoxu Polşada qanunsuz yaşayan ermənilərdir. Həmin şəxslərin Krakova Polşanın müxtəlif guşələrindən, o cümlədən Sileziyadan, Qərbi Pomeraniyadan, həmçinin, Qərbi Avropadan gəldikləri bildirilir.

Qeyd olunur ki, onlar Krakovda M-1 ticarət mərkəzinin önündə saxlanılıb. Cinayətkar dəstənin üzvləri futbol azarkeşləri arasında iğtişaş yaratmağı planlaşdırırmış.

Saxlanılanların avtomobillərində narkotik vasitələr və silah-sursat aşkar edilib.

Emin İSAYEV
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət