Tərtərdə polis həmkarını güllələdi

 Tərtərdə polis həmkarını güllələdi
Tərtər rayonunda ehtiyatsızlıqdan polis əməkdaşı iş yoldaşını silahla vurub.
News24.az xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü polis çavuşu Bəyoğlan Xıdırlı ayaq nahiyəsindən güllə yarası alıb.
Polis əməkdaşı Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılaraq əməliyyat edilib.
İlkin məlumatlara görə, yaralanan şəxs ilan tutmaq istəyirmiş. Polis həmkarı isə ilana atəş açarkən güllə səhvən öz iş yoldaşına dəyib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət