Göyçayda konyak zavodunda güclü yanğın

Göyçayda konyak zavodunda güclü yanğın
Göyçayda zavod yanır.

"Qafqazinfo" xəbər verir ki, axşam saatlarında rayonun Yalman kənd ərazisində olan Konyak zavodunda yanğın baş verib.

Havanın küləkli olması səbəbindən alov zavod ərazisini əhatə edib. Əraziyə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğın davam edir.

Faktla bağlı araşdırma aparılır.

***

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Göyçay rayonunun Ləkiçılpaq kəndində, konyak zavodunun ərazisində ümumi sahəsi 465 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət