Xalqın mədəniyyəti ilə iftixar duyan lider

  • 09.05.2020, 17:37,
  • Gündəm
  • Baxılıb: 509
Xalqın mədəniyyəti ilə iftixar duyan lider


May ayı Azərbaycanda daha çox mədəni- kütləvi tədbirlərin, bayram və tarixi günlərin keçirilməsi ilə də yadda qalan bir aydır.
10 may Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.Qeyd etmək lazımdır ki, Heydər Əliyev qədim və çoxəsrlik tarixə malik Azərbaycanın yeni dövrünü yaratmışdır.Odur ki, müstəqil Azərbaycan Respublikasının son onilliklər tarixi onun adı ilə tarixin yaddaşına əbədi həkk olunmuşdur.
Bu gün danılmaz bir həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində tamamilə yeni bir dövr, yeni bir era yaratmış fenomen şəxsiyyətdir.Həmçinin onun şəxsiyyəti və fəaliyyəti yalnız Azərbaycan etnosiyası coğrafiyası ilə məhdudlaşmayaraq , keçmiş Sovetlər ittifaqı tarixinin müəyyən bir dövründə, həmçinin də digər yaxın- uzaq
xalqların da tarixində silinməz iz qoymuş unikal şəxsiyyətdir.
40 ildən artıq bir dövlətin bütün məsuliyyətini çiyinlərində daşıyıb, onu gələcək nəsillərə ərməğan etmək hər dövlət başçısına nəsib olmaz. Azərbaycanı bir dövlət və xalq kimi sınaqlardan çıxaran lider məhz Heydər Əlirza oğlu Əliyev olmuşdur.
Heydər Əliyev fenomeni Azərbaycan xalqı üçün həm də ona görə müqəddəsdir ki, o, həmişə möhkəm, qırılmaz tellərlə xalqa bağlı olub, xalqın güc və qüdrət simvoluna çevrilib.Əsrin siyasi lideri kimi bütün dünyada tanınmışdır.
Ulu Öndər Azərbaycan xalqında həqiqi milli dövlətçilik yaratmağının mümkünlüyü inamını yaratdı.Azərbaycan xalqının böyük oğlu , Azərbaycanda milli özünüdərk prosesinin başlanğıcı olan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində o qədər böyük yeniliklərə imza atıb ki, yuxarıda sadalananların heç biri onun titanik fəaliyyətini tam əbatə etmir. Ulu Öndər milli- mənəvi dəyərlərin düzgün istifadə olunmasında əsas amil kimi real həyat və həyatın tələblərindən irəli gələn əsas məqsədləri görürdü. O, deyirdi: "Bizim vətəndaşlıq borcumuz milli- mənəvi dəyərlərimizə, doğma torpaqlarımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir.
Bəli, Azərbaycan mənəviyyatını zirvələrə qaldıran , onun keşiyində 'müsəlləh əsgər' kimi dayanan Heydər Əliyev daim bizimlədir. Zaman keçdikcə xidmətləri daha aydın və parlaq şəkildə görünməkdədir. Odur ki, Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Xalqın mədəniyyəti ilə iftixar duyan lider

Nazim Hacıoğlu
Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin
Əməkdaşı
Mədəniyyət