Valideynləri 3 yaşlı uşağı avtomobildə unutdu - Video

  • 15.05.2019, 18:56,
  • Hadisə
  • Baxılıb: 167
Valideynləri 3 yaşlı uşağı avtomobildə unutdu - Video



Səhlənkar valideynlər 3 yaşlı uşağı avtomobildə qoyaraq gedib.

Beş.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc ailə ticarət mərkəzinə gedərkən qızlarını avtomobildə qoyub. Geri dönərkən maşın kilidlənib və açılmayıb.

Bu zaman valideynlər həyəcan keçirib. Dərhal yanğınsöndürənə və polisə xəbər veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobilin qapısını açaraq qızı xilas ediblər.

Uzun müddət avtomobildə qalan uşaq istidən narahatlıq keçirib. Valideynlərin bu səhlənkarlığı hadisə yerində olanları özündən çıxarıb.


Mədəniyyət