Bakıda avtobus piyadanı vurub

  • 15.05.2019, 09:51,
  • Hadisə
  • Baxılıb: 187
Bakıda avtobus piyadanı vurub




Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qadını sərnişin avtobusu vurub.

Beş.az ONA-ya istinadən xəbər verir ki, nəticədə 1962-ci il təvəllüdlü Məmmədova Aləmzər Tofiq qızı xəsarət alıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sağ qolun sınığı diaqnozu qoyulub, vəziyyəti kafi olan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Qəzanı törədən sürücü rayon polis əməkdaşları tərəfindən saxlanılıb.
Mədəniyyət