Главная > Gündəm / Cəmiyyət > Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi dövlət büdcəsindən ayrılan vəsaitləri hara xərcləyir?

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi dövlət büdcəsindən ayrılan vəsaitləri hara xərcləyir?


21-12-2020, 12:21. Разместил: pressdent

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi dövlət büdcəsindən ayrılan vəsaitləri hara xərcləyir?

Bulat Ağabəyovun rəisi olduğu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Bununla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən idarə bu il üçün nəzərdə tutulan bir sıra vacib tədbirləri vaxtında həyata keçirməsə də, bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatdan kənar xərclərə sərf olunub.

Mənbə iddia edir ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin balansında kifayət qədər müxtəlif ağır texnikalar var ki, bunlar da günə muzdla çalışaraq idarə rəhbərliyinin şəxsi büdcəsinə ayda ən azı 20-30 min manat gəlir gətirir: “Ümumiyyətlə, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi bölgənin ən gəlirli müəssəsidir. Artıq bir müddətdir ki, bölgədə süni balıq gölü yaratmaq dəb düşüb, əksər rayonlarda olan belə göllər bu idarənin xidmətləri hesabına başa gəlib. Təxmini hesablamalara görə, 10 hektar ərazidə göl yaratmaq üçün texnikaya 7 min manat pul ödənilir. Müasir texnikalar bu işi cəmi 2 həftə ərzində görür. Yanacaq və sürücünün yemək xərcini vermək şərti ilə bu texnikalarların gününü 350-400 manata işlədirlər”.

Məlumatlı şəxsin bildirdiyinə görə, bir müddət əvvəl Bulat Ağabəyovun rəisi olduğu idarə istismar yollarının əsaslı təmirinin smeta sənədlərinin hazırlanması üçün “ESR İnşaat” MMC-yə 4 400 manat, yolda təmir-bərpa işlərinin aparılması üçün “Forvardo-Co” MMC-yə 215 600 manat pul ödəyib: “Bundan başqa, ehtiyat hissələri və materialları almaq üçün “Salyan Servis” MMC-yə 27 066,3 manat, tikinti materialları üçün “Su-3” MMC-yə 129 277 manat, beton və beton məmulatlarının alınması üçün “Nur” MMC-yə 112 645,7 manat, dəmir və dəmir məmulatlarının alınması üçün “Azəri TTM” MMC-yə 114 972,3 manat ödəyib. Ümumiyyətlə, indiyədək Bulat Ağabəyovun adı bir çox qalmaqallı işlərdə hallanıb.

Deyilənə görə, Bulat Ağabəyov bir neçə şəxslə əlbir olaraq qanunsuz işlərlə məşğul olub. Tərəflər arasında əldə olunmuş razılığa görə, əsasən təmir işləri adı ilə tikinti materiallarının alınması nəzərdə tutulub. Bundan başqa, Bulat Ağabəyov son 10 ildə Salyan şəhərinin abadlığına ayrılan vəsaitdən iki dəfə çox büdcə pulunu rəhbəri olduğu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin təmirinə xərcləyib. Lakin hələ də aidiyyəti qurumlar bu məsələni araşdırmayıblar. Halbuki ortada kifayət qədər qaranlıq məqamlar mövcuddur. Əgər yoxlama aparılsa, o zaman Bulat Ağabəyovla O, şəxsin birgə həyata keçirdikləri mənimsəmə faktlarının üstü açıla bilər”.

“Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadənin də sözügedən məsələdən xəbərdar olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, artıq o da Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisini müdafiə etməyəcəyini bəyan edib: “Çoxlarına bəllidir ki, Bulat Ağabəyov daim Əhməd Əhmədzadənin himayəsinə arxalanıb və elə bu səbəbdən də bir sıra işləri tam sərbəst şəkildə həyata keçirib. Lakin artıq “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri onu qorumayacağını bəyan edib. Bu isə öz növbəsində, Bulat Ağabəyovun çıxılmaz vəziyyətə düşməsinə səbəb olub. Çünki onun yeyintiyə yol verdiyi sübuta yetirilərsə, onda barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi qaldırıla, sonda isə həbs oluna bilər. Odur ki, ciddi təlaş içində olan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi hazırda özünə yeni himayədar axtarışına çıxıb”.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Вернуться назад