Главная > Gündəm / Cəmiyyət > Yardımlıda təhsilimiz yeni uğurlara qovuşur

Yardımlıda təhsilimiz yeni uğurlara qovuşur


10-11-2020, 14:35. Разместил: pressdent
Yardımlıda təhsilimiz yeni uğurlara qovuşur

Yardımlı şəhər təhsil şöbəsinin müdiri Manaf Səmədzadə


Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə edib demokratik cəmiyyət quruculuğu yoluna qədəm qoyduqdan sonra, hər sahədə olduğu kimi təhsil sahəsinin inkişafı üçün də qarşıya yeni tələblər, yeni vəzifələr qoyuldu. Çox keçmədi ki, bu sahədə ciddi addımlar atıldı, bir çox yeniliklərin əsası qoyuldu və ölkəmizin təhsil sahəsi hiss olunacaq dərəcədə inkişaf etməyə başladı.
Xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev vaxtilə təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdir. “Təhsil dövlətin əsas dayaqlarından biridir,ona görə də bu sahəyə hər zaman dövlət qayğısı göstərilməlidir”. Bəli, bu gün dövlətimizin təhsilin inkişafına, paralel olaraq problemlərinin aradan qaldırılmasına göstərdiyi diqqət və qayğı, yenə də özünü göstərməkdədir. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm prezidentimiz cənab İlham Əliyev də, prezident seçildiyi ilk gündən indiyə kimi, təhsilimizin inkişafına diqqət və qayğı ilə yanaşmış, Azərbaycanda təhsilin səviyyəsinin dünya təhsil sahəsinin inkişaf göstəricilərinə cavab verən bir səviyyəyə çatdırmağa çalışmışdır. Məhz, belə bir diqqət və qayğının nəticəsi olaraq, son illər təhsilimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Açıq-aydın şəkildə qeyd edək ki, müasir dövrümüzün inkişafı, onun tərəqqisi, yaxud da hər bir problemin həlli, yalnız və yalnız təhsilimizin inkişafından asılıdır desək, heç də yanılmarıq. Çünki, təhsilimizi inkişaf etdirmədən qarşımızda duran ən vacib problemləri, həlli vacib olan məsələləri heç cür həll edə bilmərik. Bir sözlə, təhsilimizin səviyyəsi yaşadığımız cəmiyyətin inkişafını şərtləndirən əsas səbəb, eyni zamanda inkişaf göstəricisini müəyyən edən başlıca amildir.
Bəli, fəxrlə qeyd edə bilərik ki, son illər respublikamızda təhsilin inkişafı, keyfiyyət göstəricisinin yeni tələblərə cavab verməsi istiqamətində müəyyən addımlar atıldı ki, bu gün də həmin addımlar öz bəhrəsini verməkdədir. Yəqin ki, hər kəsə o halın da varlığı bəllidir ki, illər öncə uzun-uzadı müzakirələrdən sonra MM-də təhsilin inkişafı, problemlərinin aradan qaldırılması istiqamətində qəbul olunmuş “Təhsil Qanun”nun qəbulu, bu sahənin yeni bir mərhələyə qədəm qoymasına əsaslı stimul verdi. Bu Qanunun qəbulu, sanki Azərbaycanın təhsil sahəsində bir tramplin rolunu da oynadı. Hal-hazırda təhsilimizin müasirləşməsi, Avropa təhsil sisteminin ən son nailiyyətlərinin tətbiqi, müasir Azərbaycan təhsilində hiss olunan reallıqlardır. Ümumiyyətlə, “Təhsil Qanun”nun qəbulu çox mühüm əhəmiyyət kəsb edən məsələ oldu və bu da, mahiyyət etibari ilə bir çox problemlərin həllinə imkan verdi.
Bir faktı da qeyd edək ki, Yardımlı şəhəridə digər meqapolislər kimi bu şəhər də öz qayğılarıyla yaşayır. Etiraf edilməlidir ki, son illər bu şəhərin siması müqayisəolunmaz dərəcədə dəyişib və inkişaf hər addımda diqqəti cəlb edir. Keyfiyyətli təhsilə nail olmaq üçün böyük şəhərində ötən əsrin 50-60-cı illərindən qalan məktəblər əsaslı şəkildə yenidən qurulmağa başlayıb. Təbii ki, təhsilin keyfiyyəti birinci növbədə yaradılan tədris şəraitindən asılıdır və normal şərait isə uğura aparan yoldur. Son 3 il 4 ayda bir çox məktəbin, eləcə də internet tipli tədris ocqlarının bütün standartlara cavab verəcək hala gətirilməsi əslində inanılmazdır. Belə bir halın varlığı Azərbaycan dövlətinin, Təhsil Nazirliyinin və yerli icra strukturu rəhbərinin zəhmətinin bəhrəsidir. Elə bu səbəbdən də, ilbəil ali məktəblərə qəbulda irəliləyiş əldə olunur. Təkcə son tədris ilində tələbə qəbulunun 57 faizə çatdırılması artıq yaradılan şəraitin nəticə verdiyini isbat edir. Göstəricilərin 47 faizdən 57 faizədək yüksəlməsi təbii ki, Yardımlı təhsilinin rəhbərlərinin xidmətidir. Buna baxmayaraq daha böyük uğurlara imza atılması üçün ciddi işlər həyata keçirilir.
Əslində hər bir ölkənin gələcəyi uşaqların düzgün formalaşmasından, təhsilin mütərəqqi formada qurulmasından asılıdır. Əgər bu istiqamətdə işlər düzgün qurulubsa, onda ölkənin gələcəyinin də etibarlı olacağı qənaəti yaranır. Bunlarla yanaşı tədrisin keyfiyyətinin artırılması da ciddi məsələ kimi həmişə Yardımlı təhsilinin rəhbərliyini düşündürüb. Şagirdlərin dünyagörünüşünün formalaşmasından ta elmi biliklərə yiyələnməsinədək hər iş xüsusi diqqətdə saxlanılır, tədrisin mütərəqqi formalarında elmi yanaşma səmərəsini gecikdirmədən verir.

Dünyaya çıxış üçün dilin öyrədilməsinin vacibliyi də bir an unudulmur, elə bu səbəbdəndir ki, bu gün Yardımlı məktəblərində ingilis, alman, fransız dillərinin tədrisinə xüsusi önəm verilir. Respublika üzrə müstəqil inşa yazılarında, fənn olimpiadalarının nəticələrində, hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında da Yardımlı təhsili xüsusi uğurlara imza atıb. Bütün bunlar isə o deməkdir ki, tədrislə müasir tələb üst-üstə düşür, məktəblilərin müstəqil düşüncə tərzində əhəmiyyətli rol oynayır.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Manaf Səmədzadə başda olmaqla Yardımlı şəhər təhsil şöbəsinin işgüzar kollektivi, bundan sonra da onlara göstərilən etimadın məsuliyyətini daha dərindən dərk edib, gənc nəslin təlim-tərbiyyəsində, gələcək həyata hazırlanmasında mümkün imkanlarından lazımınca istifadə edəcəklər.

Tamella Fərazi

Вернуться назад