Главная > Gündəm > Sosial- psixoloq Aytac Zeynalova ilə müsahibə

Sosial- psixoloq Aytac Zeynalova ilə müsahibə


21-02-2020, 10:13. Разместил: pressdent
Sosial- psixoloq  Aytac Zeynalova ilə müsahibə


Rublikamızın bu dəfəki qonağı Sosial -psixoloq Aytac Zeynalovadır. Psixoloqla cəmiyyətimizin bəlası olan Depressiya, yaranma səbəbləri, əlamətləri və müalicəsi haqqında danışacayıq.
Depressiya nədir?
Depressiya XXI əsrin ən geniş yayılmış xəstəliklərindən hesab edilir. Depressiya affektiv hal olub mənfi emosional fonla, motivasiya sferasının dəyişməsi ilə xarakterizə olunur.
Son zamanlar hətta gənclər arasında da bu xəstəlik geniş yayılıb.
Depressiya insanın, psixoloji əhval-ruhiyyəsini, ruh halını pozan, beyində gedən biokimyəvi maddələrin parçalanması, qanda serotonin və defomin maddəsinin zəifləməsi nəticəsində yaranan psixoloji bir haldır. Sinir sistemi, iradi keyfiyyətləri zəif olan orqanizmdə hər zaman depressiya yarana bilir. Hər hansı bir hadisə, stress, gərginlik, ailədə, yaxud da işindəki hadisələr onu depressiyaya apara bilir. İnsan elə bir vəziyyətə gəlir ki, hər şeyi qara rəngdə görməyə başlayır və pessimistliyə qapılır. Hətta depressiyanın işarəsi də var ki, qaşlar üçbucağa çevrilir və hər zaman çatılmış vəziyyətdə olur. İnsanlar müəyyən müddətdə istirahətdə oldular. Hal-hazırda isə yeni iş mövsümü başladı və hər kəs işinə adaptasiya olmalıdır. Ancaq fikirlərini toplaya bilmirlər, iş rejiminə öyrəşə bilmirlər. Bu da onlarda depressiyanın təməlini qoyur. Bəzən elə olur ki, biz yatmaqla, gəzməklə istirahət etdiyimizi, dincəldiyimizi düşünürük. Amma əslində istirahət etmək fikirləşməmək deməkdir, problemlərdən tamamən uzaq olmaq deməkdir.
Depressiyanın yaranma səbəbləri hansıladır?
Şəxsi həyatda olan uğursuzluq, davamlı şəkildə stres yaşamaq, həyatda öz yerini tapmamaq, öz yerini görə bilməmək, monoton həyat tərzi, bu çərçivələrdən çıxa bilməmək, özünü tanımamaq, problemlərini necə həll edəcəyini bilməmək, davamlı tənhalıq, fəsil dəyişkənliyi və s.-nin nəticəsində baş verə bilər.
Sosial- psixoloq  Aytac Zeynalova ilə müsahibə

Qarşılıqlı münasibətlərin pozulması nəticəsində boşanmalar, yaxın insanın ölümü, dost və ya həyat yoldaşının itkisi, yaxınlarının ondan üz döndərməsi nəticəsində də insanlar depressiyaya düşə bilirlər.
Ailədə uşaqların sözünə önəm verilməməsi, yaş artsa belə, valideynlərin onlara uşaq kimi yanaşmaları həmin insanlarda depressiyanın yaranmasına səbəb olur. Onlar artıq özlərini lazımsız hesab edirlər, "mən ağıllı və ya gözəl deyiləm" kimi komplekslər üzə çıxır".
Uzunmüddətli xəstəliklərin də depressiyaya səbəb ola biləcəyini deyir. Əsasən xroniki xəstəliklər - şəkərli diabet, QİÇS, vərəm xəstələrində, fiziki qüsurlu insanlarda tez-tez əhval-ruhiyyənin dəyişməsi əlamətləri hiss olunur. Bu zaman onların daim psixoloqun nəzarətində olmalarına şərait yaradılmalıdır. Dövlət qurumları, QHT-lər də müəyyən işlər görməlidir".
Depressiyanın müalicəsi necə aparılır?
Bu xəstəliyin müalicəsində dərəcəsində asılı olaraq 2 metod var.Dərman və Psixoterapiya. Əgər xəstəlik yüngül dərəcəlidirsə dərmansız sadəcə psixoterapiya ilə kifayətlənmək olar yox əgər xəstəlik orta ağır, ağır dərəcədəirsə bu zaman dərman və psixoterapiya hər ikisi birlikdə tətbiq olunmalıdır.
İstifadə olunan dərman qrupu antidepressantlar adlanır.Bunlar beyindeki serotinin hormonunun yüksəlməsinə xidmət edir, pasientlər bunu ən az 6 ay -2 il fasilsəiz qəbul etməlidir.Bu dərmanlar sağlam insanlara təsir etmir və keflilik yaratmır. Fiziki asılılıq riski yoxdur.
Psixoterapiyanın isə müxtəlif növləri olmasına baxmayaraq depressiya xəstəliyinin müalicəsində klinik effektivliyi sübut olunan koqnitiv -davranış terapiyası və interpersonal terapiyadır.
Depressiyadan xilas olma yolları hansılardır?
Zövq aldığınız işləri görmək üçün hər gün ən azı 1 saatınızı özünüzə ayırın.
- Müsbət düşüncəli, sizinlə mübahisə etməyən yoldaşlarınızla vaxt keçirin. Əmin olun ki, yaxşı dost əldə etmək sizin də depressiyaya düşməyinizə mane olacaq.
- Bir kağıza nələrdən xoşlanmadığınızı yazın və bu kağızı yandırın. Beləliklə, ruhunuzla ağlınız uyğunlaşmağa başlayacaq.
-Otağınıza gözəl ətir verən çiçəklər qoyun. Xoş qoxu depressiyadan qurtulmaqda əhəmiyyətli təsirə malikdir. Çünki beyində müsbət enerjinin meydana gəlməsinə kömək edir.
- Günəşli günlərdə heç olmasa həftənin bir gününü təbiətdə gəzintiyə ayırın.
- Yemək-içmək vərdişlərinizi dəyişin. Ət yeməkləri əvəzinə meyvə-tərəvəzlərdən ibarət menyu seçin.
- Yalan söyləməyin. Sözün düzünü demək və düşüncələri gizlətməyə ehtiyacı duymamaq ruhunuzda və beyninizdə əmələ gələn təzyiqi ortadan qaldıracaq. Problemlərinizi dostlarınızla paylaşın.
- İbadət edin, Allahla daha çox təmasda olun. Bu, sizə depressiyadan azad olmağa kömək edəcək.
-Rəqs edin və ritmik musiqilər dinləyin.
- Düşüncə tərzinizi kökündən dəyişməyə çalışın. Özünüzü bu dünyada heç vaxt tək hiss etməyin. Əzizlərinizlə birlikdə keçirdiyiniz günləri xatırlayın. Hadisələrə müsbət tərəfdən baxın. Mənfi dünyagörüşü inkişaf etdirməkdən uzaq olun.
- İdmanla məşğul olun. İdman bədənin funksiyalarını yerinə yetirməsi üçün lazım olan oksigenin bədənə daha çox gəlməsinə kömək edir. Beyin bol oksigenlə təmin olunur, bu isə depressiyadan xilas olmaq deməkdir.
- Gecə yuxusundan imtina etməyin. Ən geci gecə 1-də yatağa girin və səhər 8-də qalxın.
- Uşağınızla daha çox vaxt keçirin. Uşaqlar şən varlıqlar olduqları və müsbət enerji daşıdıqları üçün bu enerjinin bizlərə də sirayət etməsi üçün uşaqlarla daha çox vaxt keçirmək faydalı olacaq.
- Siqaretdən və spirtli içkilərdən imtina edin.
Вернуться назад