Главная > Dünya > Keçi ilə evləndi - Dünyanın ən qəribə evlilikləri - fotolar

Keçi ilə evləndi - Dünyanın ən qəribə evlilikləri - fotolar


15-05-2019, 19:39. Разместил: xeber
Keçi ilə evləndi - Dünyanın ən qəribə evlilikləri - fotolar




Dünyada bir çox insanın evlilik barədə düşüncələri fərqlidir. Müxtəlif ölkələrdə elə insanlar var ki, onlar ağlasığmaz addım ataraq əşyalar, heyvanlar və s. ilə evlənib.

Beş.az oxuyarkən güləcəyiniz maraqlı evlilik hekayələrindən bəzilərini təqdim edir:

1. Amerikalı qadın xoşbəxtliyini əyləncə qatarında tapıb. Hər gün Lunaparka gedən Amy Volf adlı qadın oradakı qatarla arasında xüsusi hislərin olduğunu düşünüb. Başqaları oraya minərkən qısqanclıq keçirən qadın qatara evlənmə təklif edib.

2. Sudanlı C.Tombe adlı kişi keçi oğurlayıb. Keçinin sahibi yaxalanan Tombeyə keçinin pulunu ödəməsi və keçiylə evlənməsi qarşılığında ondan şikayət etməyəcəyini bildirib. Məcbur qalan oğru keçi ilə evlənib.

3. Erika adlı qadın da bir çox şəxs kimi əşyalara qarşı xüsusi hisləri olduğuna inanıb. O, 3 il Fransa qanunları ilə mübarizə aparıb və nəticədə Eyfel qülləsi ilə rəsmi şəkildə evlənib. Hətta qadın özünə rəsmi qaydada Eyfel soyadı da götürüb.


4. Elija.Biita adlı qadın 1979-cu ildə Berlin Divarlarını ziyarət etməyə gedib. Bu zaman divara qarşı xüsusi hislərinin yarandığını iddia edən qadın divarla evlənib. Bundan sonra soyadınıda dəyişərək Elija. Berliner qoyub. Divarlar dağıdılandan sonra qadın dul qaldığını bildirib.

5. Sellik adlı 49 yaşlı şəxs yorğanı ilə evlənib və məclisə qonşularını da çağırıb. O qonaqlarına: “Yorğanım hər zaman yanımda olub. Onu o qədər çox sevirəm ki, xoşbəxtliyimi hamı görsün istəyirəm”- deyə bildirib.

Keçi ilə evləndi - Dünyanın ən qəribə evlilikləri - fotolar


Keçi ilə evləndi - Dünyanın ən qəribə evlilikləri - fotolar


Keçi ilə evləndi - Dünyanın ən qəribə evlilikləri - fotolar

Вернуться назад