Bakıda iki nəfər içkili şəxslər tərəfindən döyülüb

  • 14.05.2019, 11:11,
  • Hadisə
  • Baxılıb: 168
Bakıda iki nəfər içkili şəxslər tərəfindən döyülüb



Bakının Qaradağ rayonu ərazisində döyülmə hadisəsi baş verib.



Beş.az bildirir ki, 1986-cı il təvəllüdlü İbrahimov Səxavət Mayıl oğlu və 1994-cü il təvəllüdlü Dəmirov Fərahim Rafiq oğlu Müşfiqabad qəsəbəsində naməlum şəxslər tərəfindən döyülüb.
Onları döyənlər içkili vəziyyətdə olublar. S.İbrahimov beyin silkələnməsi və alın nahiyəsinin əzilmiş yarası, F.Dəmirov isə sol təpə nahiyəsində yumşaq toxumaların əzilmiş-sıyrılmış yarası diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Mədəniyyət