Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişdi

  • 13.05.2019, 08:51,
  • Hadisə
  • Baxılıb: 288
Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişdi


Xəbər verdiyimiz kimi, mayın 8-də axşam saatlarında Xəzər dənizində "İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alan "Saipem” şirkətinin 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndərilib.

Şirkətdən Beş.az verilən məlumata görə, bu gün səhər saatlarında yaralılardan biri Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Daha yüngül xəsarət almış 3 nəfər vətənlərinə qayıdıb. Şirkətin digər əməkdaşlarının həyati təhlükəsi aradan götürülüb.
Mədəniyyət