Laçının icra başçısı postu uğrunda qırğın gedir

Laçının icra başçısı postu uğrunda qırğın gedir


Aqil Nəzərli Vüqar Qədirov savaşında qalib kim olacaq? Məlum olduğu kimi, Prezident İlham Əliyevin mart ayının əvvəllərində imzaladığı sərəncamlarla Cəbrayıl, Laçın və Salyan rayonlarının icra başçıları vəzifələrindən azad edildilər. Ölkə başçısının ard-arda verdiyi sərəncamlardan sonra ciddi müzakirələr başlayıb. Müzakirə mövzularından biri icra başçılarının “vurulma” səbəbləri ilə bağlı olsa da, boş qalan kürsülərə kimin gətirilməsi də polemika mövzusudur. Sonradan Salyan və Cəbrayıl rayonlarına icra başçısı təyin olunsa da, hazırda Laçın və Yardımlı rayonlarının icra başçıları kreslosu boşdur. Məlumata görə, Laçın Rayon İcra Hakimiyyətinə başçı gətirilməsi uğrunda artıq ilkin savaş başlayıb. Bildirək ki, Qarabağ döyüşlərində fəal iştirak etmiş və uzun müddət Laçın rayon icra hakimiyyətinin başçısı olmuş Akif Səlimov vəzifədən uzaqlaşdırıldıqdan dərhal sonra onun səlahiyyətlərini Aqil Nəzərli həyata keçirdi. Akif Səlimovun vaxtında müavin işləyən, lakin üst-üstə 4-5 dəfə Laçın Obalarına gəlməmiş müavinin birdən-birə ulduzunun parlaması və səlahiyyətlərin icraçısı kimi fəaliyyətə başlaması kifayət qədər müəmmalı məsələydi. Amma zaman içində məlum oldu ki, Nəzərli heç də səbəbsiz yerə bu etimada layiq olmayıb. Nəzərlinin Laçın İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra etdiyi zamanda onun haqqında mediada yayılan xəbərlər, xüsusilə onun fərari olması haqda iddialar əvəzedicinin rəsmən başçı təyin olunmasına ciddi əngəllər yaratdı. Amma bu fakt hələ də rəhbəri təyin olunmayan rayon uğrunda mübarizəni səngitməyib. Əksinə yeni iddiaçılar ortaya çıxıb. Bununla bağlı yayılan məlumata görə, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da Laçın rayon icra başçıs postu uğrunda mübarizəyə qoşulub. Bildirək ki, 42 yaşı olan V.Qədirov hakimiyyətin QHT sektorunda fəal gənclərindən sayılır. 2010-cu ildən Qarabağ- Qeyri Hökumət Təşkilatları (Qarabağ QHT Koalisiyası ) Koalisiyasının koordinatoru, Üçüncü Sektor Mərkəzinin rəhbəri, Yeni Azərbaycan Partiyasının üzvü olan V.Qədirovun iqtidar düşərgəsində kimin komandasında yer aldığı haqda dəqiq məlumatımız olmasa da QHT sektorundakı fəaliyyəti onun Azay Quliyevlə yaxınlığını düşünməyə əsas verir. Qarşı tərəfləri də dinləyə bilərik.

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət