Stresə qalib gəlmək üçün bunları edin - Nevroloqdan MƏSLƏHƏTLƏR

  • 12.05.2019, 08:30,
  • İdman
  • Baxılıb: 215
Stresə qalib gəlmək üçün bunları edin - Nevroloqdan MƏSLƏHƏTLƏR



"Stress həyatımızın bir parçasıdır, amma həddindən artıq stress zamanı əsasən ürək xəstəliyi, yüksək təzyiq, sinədə ağrı və ürək döyüntüsü kimi hallar baş verə bilər. Bu, o deməkdir ki, sağlamlığınızla bağlı ciddi problemlər yaranır".

Beş.az-tibb.az-a istinadən bildirir ki, bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva bildirib.

Mütəxəssis deyib ki, stress həyat keyfiyyətinə ciddi mənfi təsir edir: "Buna imkan verməyin, ölüm, yaxınlarımızın xəstələnməsi, bəzən hətta pulsuzluq belə bizi elə bir stress halına salır ki, öz sağlamlığımızı da unuduruq.

Baş gicəllənməsi, ümumi ağrı, diş qıcamaq, çənə sıxmaq, həzmsizlik, baş ağrısı, əzələ gərginliyi, yuxu problemləri, ürək döyüntüsü, qulaqda cingilti, yorğunluq, tükənmək hissi, titrəmə, çəkinin azalması və ya artması kimi fiziki əlamətlər, ağlamaq, depressiya, əsəbilik, neqativ düşünmək, konsentrasiya problemləri, unutqanlıq kimi emosional əlamətlərin yaranmasını hiss edirsinizsə, stressinizi azaltma yönündə hərəkət etməlisiniz.

Stresslə mübarizə aparmasanız, sağlamlıqla bağlı problemlər daha tez-tez təkrarlanacaq.

Bu isə ciddi xəstəliklərin təməli ola bilər".
Mədəniyyət