Azərbaycan futbol tarixində ilk - Biletlər 50 MANATA satışa çıxarıldı

  • 11.05.2019, 13:04,
  • İdman
  • Baxılıb: 261
Azərbaycan futbol tarixində ilk - Biletlər 50 MANATA satışa çıxarıldı



Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" – "Qarabağ" matçının biletləri satışa çıxarılıb.

Beş.az unikal.org-a istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olmayaraq 50 manat təşkil edir. Bu barədə "Neftçi"nin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Biletlərin 50 manata satışa çıxarılması Azərbaycan futbol tarixində ilkdir. Heç vaxt daxili çempionat oyunlarına biletlər bu qədər yüksək qiymətə olmayıb. Biletlərin qiyməti adətən 1-5 manat arasında dəyişirdi.

Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu saat 18:00-da başlayacaq.
Mədəniyyət