Bu qadın yaşlı adamların kabusu olmuşdu - Saxlanıldı

  • 11.05.2019, 12:49,
  • Hadisə
  • Baxılıb: 212
Bu qadın yaşlı adamların kabusu olmuşdu - Saxlanıldı


Bu qadın yaşlı adamların kabusu olmuşdu - Saxlanıldı

Bunlar nə çəkir, Allah üçün çəkməyin

Türkiyənin Mersin şəhərində yaşlı adamların cibindəki pulları alaraq, fırıldaqlıq edən qadın polis tərəfindən saxlanılıb.

İfadəsi alındıqdan sonra jurnalistlərin kameralarına görüntülənən qadın özünü yerə yıxaraq saçları ilə üzünü gizlətməyə çalışıb.

Beş.az aznews.az-a istinadən xəbər verir ki, əldə edilən məlumata görə Mersində 68 yaşlı Ş.E və M.Z adlı şəxslər polisə gələrək bir qadının ciblərindəki pul qablarını alıb, içində olan 2 min lirə, 185 dollar, şəxsiyyət vəsiqəsi, bank kartları və digər əşyaların oğurlandığını bildirərək şikayətçi olublar.

Bundan sonra aidiyyatı qurumlar hadisənin baş verdiyi ərazilərdə araşdırma aparmağa başlayıb.

Araşdırma nəticəsində şübhəlinin 35 yaşlı Ç.A adlı bir qadın olduğu məlum olub.

İfadəsi alınan qadının çıxarıldığı məhkəmədə tutulması qərarı verilib.

Çıxışda onu çəkən operatorlara " Nə çəkirlər. Bunlar nə çəkir, Allah üçün çəkməyin" deyib.
Mədəniyyət