Evlənmək istəyənlərin 24 nəfərində HİV, 31 nəfərində sifilis AŞKARLANDI

  • 11.05.2019, 10:43,
  • Gündəm
  • Baxılıb: 232
Evlənmək istəyənlərin 24 nəfərində HİV, 31 nəfərində sifilis AŞKARLANDI


2019-cu ilin aprel ayında nikaha daxil olmaq istəyən 12123 nəfər qan müayinəsinə cəlb olunub.

Bu barədə Medicina.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva qeyd edib ki, 290 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb:
"Həmçinin 24 nəfərdə HİV, 31 nəfərdə sifilis qeydə alınıb".

Direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 542038 nəfərdə qan müayinəsi aparılıb:

"19253 cütlükdən birində talassemiya daşıyıcılığı, 1204 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1777 nəfərdə sifilis, 496 nəfərdə HİV(QİÇS) qeydə alınıb".
Mədəniyyət