Bakıda ata və oğul borc pul üstündə qan tökdü

  • 10.05.2019, 15:49,
  • Hadisə
  • Baxılıb: 259
Bakıda ata və oğul borc pul üstündə qan tökdü


Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı öldürməyə cəhd etməkdə təqsirləndirilən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Beş.az olke.az-a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası may ayının 17-nə təyin olunub.

İttihama görə, Ağdam rayon sakinləri - M.Əzimov və R.Əzimov Xətai rayonu ərazisində Eltən Rüstəmov və onun qardaşı Elçin Rüstəmovla borc üstündə mübahisə ediblər. Daha sonra ata və oğul hər iki qardaşa çoxsaylı bıçaq zərbələri vurublar. Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub. Cinayəti törədən ata və oğul könüllü polisə təslim olublar. İstintaq orqanı tərəfindən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Mədəniyyət