Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

  • 10.05.2019, 13:08,
  • İdman
  • Baxılıb: 221
Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək



Mayın 11-12-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 20 və 23 yaşlı gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Beş.az Trend-ə istinadən xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Mədəniyyət