Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi

  • 08.05.2019, 11:56,
  • Hadisə
  • Baxılıb: 231
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi



Keçən ilin oktyabrında Bakının Binəqədi rayonunda ağır yol qəzası törədən avtobus sürücüsünün işi məhkəməyə göndərilib.

Beş.az News24.az-a istinadən məlumatına görə, Binəqədi ərazisində idarə etdiyi Daevoo markalı "ÇİNAR TRANS MMC"yə məxsus olan avtobusla Haqverdiyev Gündüz Çingiz oğlunu vurub öldürən sürücü Abışov Elman Dadaş oğlu barəsində Cinayət Məcəlləsinin 263.2-ci, yəni, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş səxsin ölümünə səbəb olduqda maddəsilə açılmış işin ibtidai istintaqı yekunlaşdırılıb. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib
Mədəniyyət