Sabirabadda ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı

  • 05.05.2019, 13:37,
  • Şou
  • Baxılıb: 221
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı



Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BEŞ.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan yolunda, Xankeçən kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Saməddin İbrahim oğlu Fərzəliyev, 1964-cü il Xatirə Aslan qızı Əhmədova və 1968-ci il təvəllüdlü Sevda Zakir qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Mədəniyyət