"Hercai"nin ulduzundan təqdirəlayiq hərəkət - FOTO

  • 29.04.2019, 21:10,
  • Şou
  • Baxılıb: 206
"Hercai"nin ulduzundan təqdirəlayiq hərəkət - FOTO



Yayımlandığı ilk gündən bəri reytinqlərdə birinci olan "Hercai" serialının baş rol ifaçısı Ebru Şahin təqdirəlayiq hərəkəti ilə gündəmə gəlib.

BEŞ.AZ türk mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı aktrisa serial çəkilişlərinin reallaşdığı Mardindəki uşaqların çətinliklərinə şahid olunca, biganə qalmayıb.

Ekran işində "Reyyan" obrazlını canlandıran E.Şahin Mardin Derik Yassıtepe kəndindəki balacalara yardım əlini uzadıb.

O, "İnstagram"dakı "köyokullariyardimprojesi" adlı hesab vasitəsilə məktəbdəki müəllimlə ünsiyyətə keçib və şagirdlərə kompüter, məktəb ləvazimatları, o cümlədən oyuncaqlar göndərib.

"Hercai"nin ulduzundan təqdirəlayiq hərəkət - FOTO



"Hercai"nin ulduzundan təqdirəlayiq hərəkət - FOTO
Mədəniyyət