Dəri-zöhrəvi və yoluxucu xəstəliklərin mənbəyi – «Clear» hotel

Dəri-zöhrəvi və yoluxucu xəstəliklərin mənbəyi – «Clear» hotel

Fəxrəddin və Fikrət Feyziyev qardaşları himayədarları Akif Çovdarovun taleyini yaşaya bilərlər Paytaxtın Binəqədi rayonu, Dərnəgül şossesi 108 ünvanında yerləşən, əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət Feyziyev qardaşlarına məxsus olan «Clear» hotelilə bağlı indiyədək müxtəlif mətbuat orqanlarında çoxlu sayda tənqidi xarakterli məqalələr, araşdırma yazılar dərc olunsa da, faktiki olaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektin sahibləri hələ də öz iyrənc əməllərindən əl çəkməyib. Bunu onların yüksək çinli məmurlardan biri tərəfindən ciddi şəkildə müdafiə olunduğu ilə əsaslandıran məlumatlı şəxssin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, «Clear» hotelinin sahiblərinin adı bir neçə il öncə İranla uran alverinə qarışıb. Belə ki, 2009-cu ildə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində İrana nüvə yanacağı keçirən dəstənin ifşa olunduğunu, lakin o zaman həmin dəstədən yalnız bir nəfərin həbs edildiyini vurğulayan mənbənin sözlərinə görə, nüvə yanacağı İran ərazisinə Qazax rayonunun «Sınıq körpü» keçid məntəqəsinin ərazisindən keçirilirmiş: «Deyilənlərə görə, Fəxrəddin və Fikrət Feyziyev qardaşları təkcə İranla deyil, Ermənistanla da uran alveri edib. Və hər dəfəsində də Fəxrəddin Ermənistan ərazisində girov qalıb. Fikrət isə nüvə materiallarını Ermənistan tərəfə ötürdükdən sonra Fəxrəddin girovluqdan buraxılırmış. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, qardaşlar sahibi olduqları «Clear» hotelinə yeni müştərilər cəlb etmək məqsədilə son vaxtlar Binəqədi rayonunda yaşayan gənclər arasında geniş təbliğat kampaniyasına start veriblər. Məhz elə bu səbəbdən də adıçəkilən əxlaqsızlıq yuvasına əsasən şənbə və bazar günləri 100-dən artıq müştəri baş çəkir. Çünki «Clear»da gün ərzində müxtəlif yaş qruplarından olan cazibədar qadınlar bədənlərini satır, müştərilərə pul qarşılığında intim xidmət təklif edirlər. Qeyd edim ki, yüngül həyat tərzi keçirən qadınlar əsasən axşam saat 8-dən sonra hotelə gəlirlər. Bu səbəbdən də axşam saatlarında «Clear» müştərilərlə dolu olur. Burada fahişələrlə intim münasibətdə olmaq üçün xüsusi otaqlar hazırlanıb. Odur ki, «Clear»ın əsas gəliri məhz qadın alverindən əldə olunur». Mövzu ilə bağlı ətraflı məlumat verən mənbə qeyd edir ki, Fəxrəddin və Fikrət Feyziyev qardaşları az qala hər yerdə özlərini arxalı adam kimi təqdim edir və bu məqsədlə bəzi nüfuzlu şəxslərin adından istifadə edirlər: «Çoxlarına məlumdur ki, əksər dəri-zöhrəvi və yoluxucu xəstəliklər məhz bu tip obyektərdən, əxlaqsızlıq yuvalarından yayılmağa başlayır. Lakin buna əhəmiyyət verən olmadığından «Clear» hotelin sahibləri nüfuzlu məmurlardan birinin adından istifadə edərək açıq-aşkar qadın alverilə məşğul olurlar. Yaxınlıqda yaşayan əhaliyə və mütəmadi olaraq bura baş çəkənlərə yaxşı bəllidir ki, Fəxrəddin və Fikrət Feyziyev qardaşlarına məxsus olan obyekt sözün əsl mənasında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Obyekt sahibləri isə heç kimdən çəkinmədiklərini bəyan edirlər». Məsələ ilə bağlı yaxınlıqda yaşayan əhalinin dəfələrlə aidiyyəti qurumlara şikayət etdiklərini bildirən məlumatlı şəxs iddia edir ki, həhəlik «Clear» hotellə əlaqədar heç bir tədbir görülməyib: «Məhz bu, onu deməyə əsas verir ki, obyektin sahiblərinə həqiqətən də hansısa nüfuzlu şəxs «krişalıq» edir. Bu səbəbdən də hüquq-mühafizə orqanları dəri-zöhrəvi və yoluxucu xəstəliklərin mənbəyi hesab olunan hotelin fəaliyyətinə müdaxilə edə bilmirlər. Halbuki Fəxrəddin və Fikrət Feyziyev qardaşlarına məxsus əxlaqsızlıq yuvasında hər gün xoşagəlməyən hadisələr baş verməklə yanaşı, həm də güclü səs-küy olur ki, bu da əhalini ciddi şəkildə narahat etməkdədir. Belə ki, gecədən səhərə qədər maşınların hərəkəti, oteldə qızların qəhqəhə ilə gülüşməsi bir yana, orada qadınların cinsi istismara məruz qoyulması da sakinlər üçün ciddi sıxıntılar yaratmaqdadır. Görünür, əxlaqsız yuvası kimi fəaliyyət göstərən «Clear»a himayədarlıq edənlər, bu tip obyekti işlədənlər, qadın alveri ilə məşğul olan, azyaşlı qızları müəyyən məbləğdə pulun qarşılığında satışa çıxaranlar, bir sözlə insan ticarətinin genişlənməsinə şərait yaradan və qadınları cinsi istismara məruz qoyanlar hələ də anlamırlar ki, bu kimi hallar mövcud qanunvericiliyə görə birbaşa cinayət əməli hesab olunur». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, nəhəng binası, gözətçisi və mühafizəçisi olan «Clear» hoteldə təxminən, 30-40 otaq müştərilərin ixtiyarına verilib. Burada otaqların kirayə qiymətlərinin müxtəlif olduğunu deyən mənbənin sözlərinə görə, Fəxrəddin və Fikrət Feyziyev qardaşlarına məxsus olan «priton»da intim xidmət göstərən qadınlar gündə təxminən, 5-10 müştərilə yaxınlıq edir: «Təbii ki, bu da öz növbəsində, həmin qadınların həm özlərinin, həm də onların çalışdıqları «Clear» hotelin virus çəlləyinə çevrilməsinə səbəb olur. Odur ki, həmin yüngül əxlaqlı qadınlarla əlaqəyə girəndən sonra müştərilər bir sıra dəri-zöhrəvi xəstəliklərə yoluxma riskilə üz-üzə qalırlar». Bu arada, Fəxrəddin və Fikrət Feyziyev qardaşlarının nəhəng biznes şəbəkəsinə malik olduqlarını deyən məlumatlı şəxsin iddiasına görə, onlar əlvan metal ticarətinin böyük bir hissəsini nəzarətdə saxlayırlar: «Deyilənlərə görə, qardaşlardan Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyevlər atalarının «priton»dan, həmçinin əlvan metal ticarətindən əldə etdiyi gəlirlər hesabına günlərini kef məclislərində keçirir, mütəmadi xarici ölkələrdə istirahət edir, bir sözlə külli miqdarda pulu göyə sovururlar. Belə ki, ən son model, bahalı avtomobillərdə – «Mercedes Galenvagen», «Rolls Royce», «Lexus 570» və «Mercedes S Klass»da gəzirən Elvin və İslam Feyziyevlər iştirak etdiyi məclislərdə yoldaşlarına «Atamız milyon qazanır və lazım olan yerlərə də «haqq» çatdırır. Buna görə də heç kim onun işinə mane ola, problem yarada bilməz», deyə öyünürlər. Görünür, onlar bir məsələni unudurlar ki, bir müddət öncəyə qədər MTN-nin generalı Akif Çovdarov da «at oynadırdı». Lakin onun əməlləri ifşa olundundan sonra kitabı bağlandı. Bu həmin Akif Çovdarovdur ki, uzun müddət «Clear» hotelinin sahiblərinə himayədarlıq edib, onları bir sıra təhlükələrdən sığortalayıb. Odur ki, eyni tale əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «Clear» hotelinin sahibləri Fəxrəddin və Fikrət Feyziyev qardaşlarını da gözləyir…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

pressdent.az
Oxşar xəbərlər
“A­zər­bay­ca­nı gə­lə­cə­yə apa­ran yol” Xe­yir­xah­lıq mü­cəs­sə­mə­si
“A­zər­bay­ca­nı gə­lə­cə­yə apa­ran yol” Xe­yir­xah­lıq mü­cəs­sə­mə­si
XX əs­rin 70-ci il­lə­rin­də bü­növ­rə­si mər­hum pre­zi­den­ti­miz Hey­dər Əli­yev tə­rə­fın­dən qo­yul­muş Azər­bay­can Читать далее
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət