Solmaz Hüseynova -5 Oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramıdı

Solmaz Hüseynova -5 Oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramıdı


Ümummilli liderimiz Heydər Əliyev də həmişə müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini həmişə minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Onun ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərimiz diqqət mərkəzində olmuş. Onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Yaxşı müəllim öz tələbəsini sevməlidir! Müəllim öz tələbəsini sevmirsə, onu bir şəxsiyyət kimi qəbul edib, hörmət etmirsə, əsas məqsədi kimi tələbənin layiqli formalaşmasını, təhsillənməsini görmürsə, hər bir tələbəyə öz övladı kimi qayğı göstərməyə çalışmırsa, öyrətmək üçün öz potensialını gizlədir, xərcləmirsə o, yaxşı müəllim ola bilməz. Yaxşı müəllim öz işlədiyi müəssisəni sevməlidir, təəssübkeşi olmalıdır, onun adını uca tutmağa çalışmalıdır, bütün dünyada belədir. Müəllim harda gəldi, yerli-yersiz öz müəssisəsini pisləyər, hərəkətləri ilə müəssisənin adına ləkə salarsa, o, yaxşı müəllim ola bilməz. Çünki o müəssisə ilə onun adı ucalır. Yaxşı müəllim tədris etdiyi fənni belə sevməlidir. Çünki o, sevmədiyi fənni tələbəyə də sevdirə bilməz. Fənnini sevən müəllim mümkün deyil ki, həmin fənni tələbəyə sevdirə bilməsin. Çünki həmin müəllim o sevgini əldə etmənin yollarını bilir və bunu da ötürmək impulsuna malikdir. Tələbə isə həssasdır, qəbul etməyə hazırdır. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir. Bu il də 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü ilə əlaqədar Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə fəxri adlar və “Tərəqqi” medalı verilib.

Onuda qeyd etmək yerinə düşərdi ki, Respublikanın Əməkdar müəllimi, kollektivin sevimlisi Solmaz Hüseynovanın məktəb haqqında xatirələr və şeirlər toplusundan ibarət "Ömürdən sətirlər” kitabı işıq üzü görmüşdür. Redaksiya heyəti adından Solmaz müəlliməni təbrik edir, uğurlarının daha da bol olmasını arzulayırıq.
Mədəniyyət