Lumu Həsənova

Lumu Həsənova

Ana Kürün sahilində, Salyan rayonunda, ziyalı torpağında dünyaya göz açan, Pedaqoji Universiteti bitirən, müəllimə işləyən, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova itaf edilmiş "Mübarizlər Mübarizi" kitabında imzası olan, Mübariz İbrahimov adına "Vətənpərvərlər" cəmiyyətinin Yasamal rayonu üzrə sədri.İki övlad anası, Azərbaycan qızı, Azərbaycan gəlini, Azərbaycan anası, Azərbaycan sonası, Azərbaycan xanımı. Ömrünün gənclik illərini yaşayan,lakin dünyanın müdrik ağbirçəyi zirvəsində məskunlaşan Lumu Aydın qızına.

Ana kürün sahilində göz açmısan dünyaya,
Allah səni istəyibdi, bəxş edibdi Salyana.
Elm-təhsil ocağına,alimlər diyarına
Sən gör hansı torpaqdansan, hansı eldənsən Lumu
Bu torpağa, bu ocağa çox layiqsən sən Lumu.
Xəlil Rza Ulutürkün saf diləkli qızısan,
Xalq şairi Kürçaylının ləpirisən, izisən.
Akademik Əlovsətin sən ziyalı qızısan
Sən gör hansı torpaqdansan, bu eldənsən Lumu
Bu torpağa,bu ocağa çox layiqsən sən Lumu.
Oktay Rza şeir yazıb,fikir deyib her zaman
Arif Məlik torpağına bəxş olubsan, ey insan.
Doğulanda bəstəkartək doğulubdu bu insan
Sən gör hansı torpaqdansan, hansı eldənsən Lumu
Bu torpağa,bu ocağa çox layiqsən sən,Lumu.
Səhnələrin bəzəyidir, şohrətidir bacılar
Xuramandı, həm Fidandı əvəzsiz sənətkarlar,
Aşıq Pənah ilhamıdı ana Kürüm deyənlər.
Sən gör hansı torpaqdansan, hansı eldənsən Lumu
Bu torpağa, bu ocağa çox layiqsən sən Lumu.
Moskvada yek alimdi, akademikdi Valeh,
Şorsuluda doğulubdu,təhsil alıbdı Valeh,
Süni Peyk ixtirası imza qoyubdu Valeh.
Sən gör hansı torpaqdansan, hansı eldənsən Lumu
Bu torpağa, bu ocağa çox layiqsən sən Lumu.
Ağacavad bəxş olunub bu torpağa,bu elə,
Əlibala imza qoyub on cildlik bir bir əsərə,
Zərgərlitək tibb alimi qismət olub bu elə.
Sən gör hansı torpaqdansan, hansı eldənsən Lumu
Bu torpağa, bu ocağa çox layiqsən sən Lumu.
Bu torpağın şairləri, müqəddəs din alimləri,
Müctəhidlik rütbəsinə yüksələn alimləri,
Mirbağır ağatək seyidləri,alimləri.
Sən gör hansı torpaqdansan, hansı eldənsən Lumu
Bu torpağa, bu ocağa çox layiqsən sən Lumu.
Seyidağa səni görcək başqa aləmə düşdü,
Heç fərqinə varmadan sənə dayı qızı dedi.
Gözünün qarşısında dayısı Hafiz dayandı,
Salyanın alimləri, müqəddəsləri dayandı.
Sən gör hansı torpaqdansan, hansı eldənsən Lumu
Bu torpağa, bu ocağa çox layiqsən sən Lumu.
Bu torpağa, bu ocağa çox layiqsən sən Lumu.

Seyidağa Seyid Sadıq
Lumu Həsənova
Mədəniyyət