XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI SEVƏNLƏRİN ŞƏHƏRİDİR

Xəqani Həşimovla tanışlığımın elə böyük və uzun bir tarixi yoxdur. Hardan baxsaq bir il, ya da bir az ondan az olar. Əslində insanları tanımaq üçün elə bir uzun-uzadı tarixə də ehtiyac yoxdur. Belə ki, yaxşı insanları bir dəqiqənin içində belə tanımaq mümkündür. Deyirlər insanları tanımaq üçün bir ömür belə kifayət eləmir. Mən bilmirəm bu sözü kim deyib və ya nə məqsədlə deyib. Mənim aləmimdə insanların yaxşı və ya əksinə olduğunu elə ilk dəqiqədən anlamaq mümkündür. İnsan ünsiyyətdə olduğu insanın necə bir insan olduğunu ilk baxışdan anlayır. Necə deyərlər? Arifə bir işarə də kifayətdir.
Yaxşı insandı. Bu iki kəlmədən ibarət olan sözü son vaxtlar çox az-az eşidirik. İndi mən deyə bilmərəm ki, yaxşı insanların azlığından bu sözü deyirik, ya da... Mən ürəklə deyə bilərəm ki, kçmişimizdə də, bu günümüzdə də və gələcəyimizdə də yaxşı insanlar olub və bu gün də vardır. Mən deyə bilmərəm onlar bu gün bizim həyatımızda nə qədər yer tuturlar. Ancaq onu deyə bilərəm ki, əgər azdırsa azlar içərisində, ya da çoxdursa çoxlar içərisində Xəqani Həşimovun yeri böyükdür. Səmimiyyəti, mehriban münasibəti insana sanki bir rahatlıq gətirir. Onunla söhbət etmək və ya nəyisə müzakirə etmək çox asandır. Onunla iş otağında görüşürəm. Xəqani Həşimov Mənzil Kommunal İstehsalat Birliyində həmkarlar təşkilatının sədri vəzifəsindəçalışır. Əslində Xəqani müəllimlə biz həmkarıq. O da bir zamanlar AzTV-dəçalışıb. Bir jurnalistin həmkarından müsahibə alması həqiqətən çətindir. Ondan nə soruşacağımı bildiyim üçün bir az rahatlıq tapıram və söhbətimizə başlayırıq.
-Xəqani müəllim, həmkarlar təşkilatı sovetlər birliyi dağılmamışdan əvvəl mühüm bir sahə idi. Bu sahədə işləyən insanlara xüsusi hörmət qoyulardı. Bəs indi vəziyyət necədir?

XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI  SEVƏNLƏRİN ŞƏHƏRİDİR
XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI  SEVƏNLƏRİN ŞƏHƏRİDİR
XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI  SEVƏNLƏRİN ŞƏHƏRİDİR
XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI  SEVƏNLƏRİN ŞƏHƏRİDİR
XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI  SEVƏNLƏRİN ŞƏHƏRİDİR
XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI  SEVƏNLƏRİN ŞƏHƏRİDİR
XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI  SEVƏNLƏRİN ŞƏHƏRİDİR
XƏQANİ HƏŞİMOV-SUMQAYIT SUMQAYITI  SEVƏNLƏRİN ŞƏHƏRİDİR


-Həmkarlar təşkilatı sovetlər birliyi vaxtında da elə indi dəmühüm bir sahəni əhatə edir. ƏslindəAzərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərindəölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinəçevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır. Belə ki, zavodların işlədiyi dövrlərdə Həmkarlar təşkilatları hər bir insan üçün əhəmiyyət kəsb edən bir qurum idi. Hazırda da bu təşkilat fəaliyyətini davam etdirir. Bu gün həmkarlar təşkilatının xətti ilə bir çox insanların əməyi qiymətləndirilir, onlara fəxri fərmanlar və diplomlar verilir. Təbii ki, hər bir insanın əməyinə qiymət verilməlidir. Belə olan halda insanlar daha da ürəkdən işləyirlər.
Bizim həmkarlar təşkilatı da uzun müddətdir ki, fəaliyyət göstərir. Bu illər ərzində təşkilatımız bir çox müsbət işlərə imzasını atmışdır. Belə ki, Sumqayıtın 70 illiyi münasibəti ilə görülən işlərəöz layiqli töhfəsini vermişdir.
-Sumqayıtın 70 ilini yola salırıq. Bu barədə...
-70 il. Düzdür, 70 il elə böyük bir tarix deyil. Lakin dərindən araşdırsaq, görərik ki, Sumqayıt Corat torpağının üzərində salınıbdır. Corat kəndinin isə tarixi çox qədimdir. Belə ki, bu gün Corat qəsəbəsində 2000 illik tarixi olan obyektlər var. Bu da o deməkdir ki, Sumqayıtın ad almasının 70 ili tamam olur, lakin tarixi çox qədimdir. Coratın 1500 illik hamamı var ki, bu da bu kəndin necə qədim bir dövrdə yarandığından xəbər verir. Sumqayıt da belə bir tarixi kəndin kənarında salınlıb və zaman-zaman böyüyüb, genişlənib. Sumqayıt bu gün dünya şəhərlərindən heç də geri qalmır. Bu şəhərə bir neçə il bundan əvvəl gələnlər bu gün şəhəri tanımırlar. Şəhərin bir neçə il içərisində belə müsbət şəkildə dəyişməsinə heyrətlərini gizlədə bilmirlər. Bu da təbii ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun gərgin əməyinin bəhrəsidir. Cənab başçımız Sumqayıta icra başçısı təyin olunan gündən bu şəhər üçün əlindən gələndən daha artığını etdi. Belə ki, o, Sumqayıtın kadrı idi, bu şəhərin qədrini hər kəsdən, hər bir insandan daha yaxşı bilirdi. Ona görə də cənab başçımız qısa zaman ərzində Sumqayıtda möcüzələr yaratdı. Və mən inanıram ki, aradan illər, əsrlər keçsə də, bu şəhərin adı Zakir Fərəcovun adıyla hallanacaqdır.
-Bu yaxınlarda cənab başçımız sizi də fəxri fərmanla təltif etdi.
-Bəli, cənab Zakir Fərəcov hər kəsəöz qiymətini verməyi bacaran insandır. O, heç kəsi gözündən yayındıra bilməz və hər kəsə də gördüyü işin müqabilində qiymət verməyi bacarandır. Təkcə onu demək kifayətdir ki, cənab başçımız Sumqayıtın qurucularını və onların əməyini qoymətləndirərək hər birinin adına ya küçə, ya da yaşadıqları binanın qarşısına barelyefini vurdurub. Elə buna görə də bütün sumqayıtlılar ona minnətdarlıqlarını dönə-dönə dilə gətirlər. Mənim də Sumqayıtın 70 illiyinə xidmətim cənab başçımız tərəfindən fəxri fərmanla qiymətləndirildi. Düzdür, mən indiyə kimi bir çox fəxri fərmanlar, diplomlar almışam. Onların hamısı da mənim əməyimə verilən qiymət olduğuna görəəzizdirlər. Lakin cənab Zakir Fərəcovun Sumqayıtın 70 illiyi ərəfəsində gördüyüm işə verdiyi qiymətə görə bu fəxri fərmanın yeri ayrıdır və mənəəzizdir. Bir sözlə, Sumqayıt Sumqayıtı sevənlərin şəhəridir.
-Xəqani müəllim, həmkarlar təşkilatının sədri kimi gələcək planlarınızdan da bir az danışmağınızı istəyirəm.
-Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrindəçalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Bu təşkilat şəhərin ictimai-siyasi həyatında mühüm rol oynayır. Və inanıram ki, bundan sonra da belə olacaqdır.
Qaldı gələcək planlarımıza, mən onları bu gün açıqlamaq fikrində deyiləm. İnşallah, planlarımızı həyata keçirərik və ondan sonra açıqlayarıq.
-Mənə vaxt ayırdığınıza görə sağ olun.
-Siz də sağ olun.

Müsahibəni apardı:
Tahirə Həbliyeva

Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət