Səhiyyəmizin fəxri Məmməd Nəsibov

Səhiyyəmizin fəxri Məmməd Nəsibov


Müqəddəs həkim adı daşımaq çox adama nəsib olur, lakin onların arasında seçilən nadir həkimlər olur ki, o həkimləri el – oba yaxşı tanıyaraq, onlardan şəfa almaq üçün ünvana yollanırlar. Yaxşı həkim yalnız xəstələrin deyil, xalqın məhəbbətini qazanaraq ehtiram sahibi olur.
Redaksiyamıza daxil olan məktublar içərisində Dr. Məmməd Nəsibova edilən minnətdarlıqların sayı – hesabı yoxdur.
Bakı şəhərində yaşayıram. Oğlum beş ildir ki, Səs tellərində olan narahatlıqdan əziyyyət çəkir.Müxtəlif klinikalarda həkimlərə müraciət etmişdik. Amma xəstəliyin geriləməsi oğlumun həyatda yaşamasına ümüdimizi azaldırdı. Son ümid yeri olaraq bizə TÜRK-AMERICAN MEDICAL CENTERin həkim- Otolarinqoloqu, Tibb elmləri namizədi, doktor Məmməd Nəsibovu məsləhət gördülər. Məmməd həkimin apardığı düzgün müayinə,müalicə, göstərdiyi diqqət və qayğı nəticəsində oğlum yenidən həyata qayıtmış, tam sağlam şəkildə cəmiyyətə qatılmışdır. Hazırda səhhəti yaxşıdır, özünü rahat hiss edir, daha da yaxşı olacağıma ümid edirəm. Bütün bunlara görə bir ana olaraq mən, TÜRK-AMERICAN MEDICAL CENTERin həkim- Otolarinqoloqu Dr. Məmməd Nəsibova təşəkkür etməyi özümə borc bildim.

Səhiyyəmizin fəxri Məmməd Nəsibov


Redaksiyamıza Daha bir təşəkkür məktubu Əliyevlər ailəsindən ünvanlandı:
Məmməd həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı həkim kimi tanıyırlar. Məhz buna görə Məəməd Nəsibova müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur. Mənim də həyat yoldaşımın vəziyyəti çox ağır olduğuna görə Dr. Məmməd Nəsibova müraciət etdik. Həyat yoldaşımın qulaq nahiyəsində çox böyük problemlər var idi. O, həyat yoldaşımı yüksək səviyyədə müalicə etdi və biz orada olduğumuz zaman klinikanın işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, TÜRK-AMERICAN MEDICAL CENTERin həkim- Otolarinqoloqu Dr. Məmməd Nəsibov başda olmaqla bütün xəstəxana kollektivinə öz təşəkkürümüzü sizin vasitənizlə bildirim. Bu, təkcə bizim yox, Məmməd həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur.
Bu məktubu çapa hazırlayarkən düşündüm ki, Rahim Rüstəmovun minnətdarlıqla xatırladığı Məmməd həkimi mən də görsəm pis olmaz. Məmməd həkimlə çox qısa zaman kəsiyində görüşdük. Klinikada olan xəstələrin üzündəki təbəssümdən hiss olunurdu ki, Rahim Rüstəmov yanılmayıb. Görüşdük. Məmməd həkimdə görüb müşahidə etdiyim keyfiyyətlər Rahim Rüstəmovun sadaladıqlarından qat-qat çox idi.
Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq,əzmlə çalışan böyük ehtiram sahibi TÜRK-AMERICAN MEDICAL CENTERin həkim- Otolarinqoloqu, Tibb elmləri namizədi Dr. Məmməd Nəsibova Təşəkkürümüzü bildirərək; Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət