Ramil Əfəndiyev üçün ən böyük mükafat, müalicə edib, sağlam həyata qaytardığı insanların sevgisi,məhəbbətidir.

Ramil Əfəndiyev  üçün ən böyük mükafat, müalicə edib, sağlam həyata qaytardığı insanların sevgisi,məhəbbətidir.


Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Ramil həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Ramil həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir.
Dr.Ramil Əfəndiyev HB Güvən Klinikasının həkim- Nevroloqudur. Ramil həkimin bu səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyükdür. Klinikada nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub. O, kollektivin, rəhbərliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir. Ömrünü sevə - sevə Azərbaycan səhiyyəsinin inkişafına həsr edən savadlı həkim gecəli – gündüzlü gərgin əməyi sayəsində çox şeylərə nail olmuşdur. O, bir sıra Beynəlxalq elmi konfranslarda simpozium və seminarlarda ölkəmizi yüksək səviyyədə təmsil etmişdir.
Müqəddəs peşəsi, bilik və bacarığı ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Ramil həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir.
Ömür insan üçün o zaman dəyərli olur ki, insanlara xidmət etsin, cəmiyyətdə özünə hörmət qazansın.Ən əsası isə əməlləri ilə Allah dərgahında əziz olsun. Ramil Əfəndiyev üçün ən böyük mükafat, müalicə edib, sağlam həyata qaytardığı insanların sevgisi,məhəbbətidir. Ramil Əfəndiyev nəinki Azərbaycan tibb elminin inkişafında qiymətli xidmətləri olan alim, dəyərli pedaqoq, İlahi vergili həkim, eyni zamanda ailəsini və övladlarını dərin məhəbbətlə sevən gözəl ailə başçısıdır.
Hörmətli Ramil həkim! Bu isti sözlərimizi ünvanınıza illərin qovuşuğunda, vaxtın-zamanın məhdudluğunda yazırıq. Və yaza-yaza Ulu Tanrıdan bəndəsi üçün xəlq elədiyi bütün yaxşılıqları Sizə arzulayırıq! Arzu edirik ki, Azərbaycan Türklərinin qüdrətli yetirməsinə, xalqımızın hörmətli ziyalısına, istedadlı həkim-nevroloquna , dünya şöhrətli loğmanına, Tanrının bizə bəxş etdiyi tapıntısına Tanrı özü hər işində kömək olsun.
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Ramil həkimi təbrik edərək deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun. Amin.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət